orkhan zeynalli feat. ayka – vecsiz (feat. ayka) lyrics
əllərimi burax, ondansa ürəyimdən yapış!
gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış.
bir qurtum su, həyatın dadı bitməsin deyə son günə saxla,
mən artıq doydum, bu sevgi odu sönməsin deyə küləyi saxla.
damcılar, sevgin kimi tez-tez gedir amma ki, iz qoyur,
dalğalar, rəqsin kimi səliqəsiz sahilə briz qoyur.
sadəlöhv ümidin, əlində yenə danışılmış nağıllar,
sən qəlbimi tərk etsən də, tərk etməz tanış olmuş ağrılar.
biz həyatı sevmək istəsək də, cənnəti görmək istəsək də, ölmədən getmək istəsək də buraxmaz günahlar bizi.
əllərimi burax, ondansa ürəyimdən yapış!
gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış.
yenə durğun, günlər kimi,
tək-tənha, güllər kimi,
tez bitir, tez solur amma qəlbimdə iz qoyurdu ötən illər kimi.
bəzən bir fikir kimi, beyində dünən olub amma bu gün yox.
son ümid olan günəş kimi, üfüqdə sabah çıxar amma bu gün yox.
taleyin artıq kobud olub əlləri, daşlamaqdan həyatımın günlərin.
içindəyəm qara-qura vərəqlərin, sevməməkdə məni yox səbəblərin.
günah məndə mi bitmirsə dərdlərin?!
üzülmə çıxanda boşa sevgi cəhdlərin, bütün bu səhvlərin çevrilər düzə,
çıxanda ürəyinin içindəki üzə.
əllərimi burax, ondansa ürəyimdən yapış!
gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış.
Random Lyrics
- los alegres del barranco – el chaparrito lyrics
- john newman – lifted lyrics
- camila gallardo – más de la mitad lyrics
- bishop – river lyrics
- ритуал-ра – белые струны lyrics
- m.c the max – no matter where lyrics
- marco masini – gloria lyrics
- nazca – said i love you… but i lied lyrics
- la cantada – el coya dance lyrics
- bakó krisztina – a föld dala lyrics