21rave - zaman (interlude) lyrics
[giriş: xpert]
ömrümüz anlardan ibarətdir. bir an bir həyatın, zamanın genişliyində bir toz dənəsi kimi önəmsizdir. bir tarla torpağın arasında bir toz dənəsi görünürmü? bir qum səhrasında bir qum dənəsi yox olarsa, nə dəyişər? qum səhrası azalarmı? daralarmı? əlbəttə, yox. bu bizim üçün belədir. biz önəm vermirik bir qum dənəsinə, torpağın bir tozuna. həm də ömrümüzün anlarına baxmırıq, saatına baxırıq. gününə, ayına, ilinə baxırıq
hər il bir yaş qocalırıq. bunu düşünürük. saatımız keçir, ona baxırıq. dəqiqələrimiz də bəzən diqqətimizdə olur, ancaq anılarımızı heç anmırıq. unuduruq, həyatımızı təşkil edən anları unuduruq. hər şey bir anda baş verir. nəfəs bir anda çıxır. insan bir anda aşiq olur, bir anda bir baxışla nifrət edir. bir anın hökmü böyükdür. bir an zamandır. zaman cənnətə yenidən qayıda bilmək üçün bizə verilən bir nemətdir. zaman nemətdir. bu neməti başqalarına, yəni başqalarını araşdırmağa sərf etməkdənsə, özümüzü araşdırsaq, nə olar? öz çiynimizə şeytanın yüklərini yükləmək bizə lazımdırmı? nə qədər ki zaman bizim üçün nemətdir, əlimizdən çıxmayıb, bu yükləri bir+bir çiynimizdən ataq, yüngülləşək. cənnətin yolunda qanad olsun tövbələrimiz. çünki “cənnət” əski türkcədə “uçmaq” deməkdir. cənnət, uçmaq ağır yüklər və mənəvi yüklə olmur. uçmaq tövbələrlə, arınmaq, sıyrılmaq, nəfsin qınından çıxması ilə olur. sabah mütləq xoşbəxt olacaqsan. öz qıt təvəkkülün ilə məchul sabahlarda axtar qəlb hüzurunu
[keçid]
ey, ey, ey, ey!
[hissə 1: 21rave]
orada gözləyən (biri)
biri varmı məni?
ruhu səsləyər (gəl)
deyər: “qalx, gəl geri”
keçəndə vaxt iş işdən
çalış olma sən ortada qalan
ətraf mənfəətini güdər
üzdə gülür, amma içləri saxta
nə qədər yıxılsan da, geri qalx
qazıdım dırnağımla, bəri bax
mənim yolumdan dönməməyim bir inad
amma yolları köndələndir, diri qal
göylərə yüksələndə silah
daha aşağıya enir axı bu rifah
toxumunu sökün, atın nifaqın
sonumuza qalıb axı bir addım (bir addım)
[sonluq: 21rave]
nə zaman gələr bu qəlbə bahar
o zaman sualların cavab tapar
nə zaman gələr bu qəlbə bahar? (a+ah)
Random Lyrics
- $waggot - blue coins lyrics
- mirage (rus) - белый свет (white light) lyrics
- howl be quiet - good bye lyrics
- snowy nasdaq - if i'm right lyrics
- alpaca 6 gigant - rosket lyrics
- מאור אשכנזי - hashir shel omer - השיר של עומר - maor ashkenazi lyrics
- dj klitor - н (n) lyrics
- fury (oc) - vie lyrics
- bad bunny - tití me preguntó (remix) [mixed] lyrics
- wayne santana - veleno di vipera lyrics