a4 - orxan - s.u.s. lyrics
[verse 1:a4]
sus….. əzizdirsə canın sənə
işlə alın tərə batanadək
axı gönün qalındı hələ
salıb tələsinə səni sistem
əsgərsənsə var ehtimal geri qanın gələ
yarım dənə çörəyi aca qıymayan
gül balasına alır mənə düşəcək pula maşın
gələn həftə dəyişir qaldırıb tasın
bələkdəki uşağın gələcək vergisin
bunu anlamaq üçün olsun başın gərək
amma artıq ver ağlın yasın gələk
zalım fələk qoydun adın
özün oturanda olmasa da “zad”ın gələ
bu da sonun və torpağın, mələk
nə qoydun arxanda gəlin malın bölək
deyə biləcək qalmadı adın nə də
sənətin, oğlun əli yalın bərə təmirçisi
istəyirsə o dünyadan bura fəryadın gələ!
[nəqarət]
ya sus ya da ölü kimi öl
ya haqqını istə və də görüb günü çöl
heyvanından fərqli sözün ümid gölü..
kimi versin həyat eşqi ol ancaq özün üçün kölə
[verse 2: m fobiya]
və geriyə say..
deyil yasaq deyib yedim meyvədən
sonumu bilmədən uydum şeytana
uyğun şeytana hərəkətlər mənə həzz verər
bəlkə də belə nə vaxtsa pərt edər
mənə dərs verən müəllimlər indi mənə tərs gedər
bəs qədər əsərlər göndərildi amma yolumdan dönmərəm
ya da bilmirəm… bəlkə da qarğışladın məni
alqışa layiq bağışla məni
yağışda gəmi üzdürəcəm mən
susduracam səni danışma yəni
mən tək varlığam həmdə varlıyam
maaşından kəsib yedim doymuram
qoymuram hicablı qızları təhsilə
verdim torpağı indi qoruyuram!
[nəqarət]
ya sus ya da ölü kimi öl
ya haqqını istə və də görüb günü çöl
heyvanından fərqli sözün ümid gölü..
kimi versin həyat eşqi ol ancaq özün üçün kölə
Random Lyrics
- chefket - niema problema lyrics
- śliwa - wchodzi szef lyrics
- syntixo - wrap it up lyrics
- skittish - true believers lyrics
- maty noyes - expensive lyrics
- saske (grc) - lathos stigmi lyrics
- aro (fra) - le magazin lyrics
- apollo the goat - goat szn lyrics
- picksixx - geeked lyrics
- אייל גולן - lihiyot meushar - להיות מאושר - eyal golan lyrics