
ağakərim - günahkar mavi xəzərdir lyrics
eşit, ey nazlı mələk, keçmişə bir eylə nəzər
iki sevgim var idi qəlbdə; sən, bir də xəzər
siz idiniz qəlbimə hakim, mənə candan da əziz
bir+birindən də gözəl; sən və təlatümlü dəniz
indiki keçmişə edirsən nəzər
de ki, sevgiyə axı kim dözər
ikimizdən birini sevərdin gərək
seçim etməliydin ya m ən, ya xəzər
bir zaman bu sahildə tapmışdım məhəbbətimi
aldı məndən apardı dalğalar səadətimi
yada saldıqca qulac dalğalanan tellərini
gəzirəm həsrət ilə ötən gənclik illərini
bir vaxt yadındamı sənlə baş+başa
ikimiz sahili gəzərdik qoşa
bəlkə də günahkar mavi xəzərdir
yetmədi buna kam sevgimiz başa
mən varam sən isə yoxsan xəzər, əvvəlki kimi
edirəm sahilə sənsiz nəzər əvvəlki kimi..
qalıbdı ilk görüşümüzün yeri əvvəlki kimi..
qayıdarmı ötən illər geri əvvəlki kimi..
məhəbbət atəşi sönməz heç zaman
uca zirvələrdən enməz heç zaman
ötüb keçən günə heyifislənmə mən
ötüb keçən geri dönməz heç zaman
Random Lyrics
- samantha mumba - dj lyrics
- osaili - скит номер один (skit number one) lyrics
- ponimau - сняться (dreaming) lyrics
- gnysnsvop - гвидон (gvidon) lyrics
- entrench - where only ruins remain lyrics
- rail wilbers - rearrangement lyrics
- víctor manuel - soy un corazón tendido al sol [en directo] lyrics
- lil perignon - мой аккумулятор сел lyrics
- bjorgamus - starblade eternal lyrics
- jim jones - what’s going on lyrics