aid - hisslər danışanda lyrics
(verse: aid)
yorulmuşdum, fikirləri beynimdə gizli saxlamaqdan
baxıram özümə hərdən qıraqdan
axı bu qədər vecsizlik, bir addım uçurumdan
dəfələrlə kömək istəmişdim sabahdan..
qaçıram günahdan, növbəti günaha doğru
əllərim yaxınlaşır hər gün silaha doğru
təlaşa səbəb varmı buranın vəziyyətindən?
bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur..
qəlbim güzgü kimidi, sındırıldıqca dərd gətirir
amma ki indi qorxu yoxdu
çünki, iynə batsa artıq çıxartmağa qanda yoxdu
səhərlərdə əlimi açmağa duam yoxdu..
artıq sual yoxdu, yeqanə maraq idi
eşidən mən deyildim, bu iki qulaq idi
sənin soraqlarınla tələsən gözlərimdi
ürəyimi kimsə döyür, deyəsən hisslərimdi..
(nəqarət: ayka, promete, aid)
biz.. qoruya bilərikmi sevgini?
bitirə bilərikmi nəğməni?
yadında saxla bu əlləri.. (səni isidən..)
mən.. sənə doğma xal kimi yanaqda
eyni vaxtda iki qulaqda
səs kimiyəm bu otağda.. (səni sevdirən..)
(verse: aid)
düşün, necədə qəribə olar, insan olsaydı bulud kimi
baxırsan, şəffaf və gücsüzdü..
amma ki günəşin qabağını təkcə o ala bilir..
insan isə aciz, itirmədən darıxa bilmir..
qabağın ala bilmir, adi pislik etmək istəyinində
o ki qaldı bəşəri məsələlərə..
bu haqqda danışmıyım heç..
kimə lazımdı dünya ?
hamıya kifayətdi onun kiçik çərçivəsi..
sevginin tərcüməsi.. görəsən nədi axı?
mənasın heç kim bilmir, amma ki hamı danışır..
gözlərin yumur baxır.. əslində qaranlıq görür
amma ki uydurur ki göyərçinlər uçur burda..
məndə bu siyahıda, xəyallar üzrə mütəxəssis
realda olmayanlar burda alınır köməksiz..
yenə öz qəhəri ilə sözümü kəsən kimdi?
həmişə olduğu kimi deyəsən hisslərimdi..
(nəqarət: ayka, promete, aid)
biz.. qoruya bilərikmi sevgini?
bitirə bilərikmi nəğməni?
yadında saxla bu əlləri.. (səni isidən..)
mən.. sənə doğma xal kimi yanaqda
eyni vaxtda iki qulaqda
səs kimiyəm bu otağda.. (səni sevdirən..)
(verse: aid)
cənnətin göz yaşıdır əlimə düşən damcı
bezib artıq insanların yolunu gözləməkdən..
sıxıntı mı, depressiya mı ürəyimdəki sancı?
niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə?
zibilin içində işləyirik sonda zibil almaqçün
nəyə gərək bu illər böyüyüb zibil olmaqçün?
ondansa körpə qalardım və heç nə bilməzdim
heç nə də etməzdim ki, desinlər səhvsizdi
cəmiyyətin içinə girdikcə baxıram çirklənmiş üzlərə
sevgini rəngləyən sözlərə, həyatdan doymadım..
həyatdan doymadım, doymadım süz yenə..
beyində fikirlər addımlara tərs yenə
sənin o baxışların ömürlük bəs mənə..
edirdi qəsd mənə,səbəbsə gözlərindi
kimsə son qoyur artıq, deyəsən hisslərimdi..
(nəqarət: ayka, promete, aid)
biz.. qoruya bilərikmi sevgini?
bitirə bilərikmi nəğməni?
yadında saxla bu əlləri.. səni isidən…
mən.. sənə doğma xal kimi yanaqda
eyni vaxtda iki qulaqda
səs kimiyəm bu otağda.. səni sevdirən…
sus..pıçıldasın qoy gözlərin
yadıma düşər məni üzməyin
göz yaşlarımda üzməni.. qızıl balıq kimi
yaxınlaş..üzündəki o qırışlar
cavanlığını sənə bağışlar
təsirsiz olub yağışlar.. kiçik bir arx kimi
Random Lyrics
- joan baez - rambler gambler/whispering bells lyrics
- coldplay - every teardrop is a waterfall (avicii 'tour' mix) lyrics
- julio nava - si fuera lunatico lyrics
- aivovuoto - ai vo wu show & skeleonora's theme lyrics
- marina lin - broken lyrics
- adrian borland - lonely late nighter lyrics
- jay munly - all men are divine lyrics
- bataar - under isen lyrics
- computer magic - ordinary life (message from an a.i. girlfriend) lyrics
- jil caplan - a peine 21 lyrics