ali ashikar - evdə gözləyənim var lyrics
[bənd 1: ali ashikar]
evdə gözləyənim var
bircə söz diləyim var
mən bunu yazmaqla təsəlli tapdım
bil ki, içini titrədən bir əsərdən artıq bu mahnı
yəni o qədər ağırdır ki
yanında olmadım bu il, kim məni çağırdı ki?
sən orada darıxanda gecələr yatmıram mən
bu dərdi, bu fikri ağlımdan atmıram mən
yanında olmaq var
üstünə yorğan olmaq
solunda solmaq var?
olmaz…
çünki sənlə biz bu qış yağan bir qar dənəsi
əlbət ki, yerə düşər və qovuşar hər dənəsi
həmişəkindən soyuqdur qar
çağırma, gələ bilmirəm, evdə gözləyənim var
[nəqərat: ali ashikar, melan məhər]
mutlu yıllar, mutlu yıllar, sevgilim
sensiz kutlar bu gece tüm aşıklar
çok yalnızlar kalplerinde umutlar
bekliyorlar, bizim için bir şarkı çal
[bənd 2: melan məhər]
mənim evdə gözləyənim var
bizi belə ayrı salan sevgidir görəsən?
məni görmə, gözlə hiss et içində
təmizlə könül gözünü ki, sevgini görəsən
kin+küdurət yox əslində, sevgi salıb bizi ayrı
geriyə qayıda bilmərəm ki, itirib izimi yağan qar
yol alıb ayaqlarım, bilmirəm kimə qayıdır
görəsən hələ də evdə gözləyənim var?
suallar çoxdur…
yazarsan xatirəndə, yer olmasa, bizi silərsən
gözlərim alışıb yanır, solumda çovğun
birdən üşüsən, canım yanar, isinərsən
gedəndə “qal” demədin sən, boşunadır gözləməyin
yerimə birini tap, buz əllərini ovuşdursun
biz ancaq şeirlərdə tək səninlə bir evdəyik
inanmıram heç, tanrı bir də bizi qovuşdursun
[nəqərat: ali ashikar, melan məhər]
mutlu yıllar, mutlu yıllar, sevgilim
sensiz kutlar bu gece tüm aşıklar
çok yalnızlar kalplerinde umutlar
bekliyorlar, bizim için bir şarkı çal
Random Lyrics
- tyfontaine - rip whitney lyrics
- bello figo - mi alleno lyrics
- jarkko ahola - alone lyrics
- halocene - solo dance lyrics
- trvshd3ath - on block lyrics
- davidson silva - tomé lyrics
- chystemc - neltume lyrics
- ths cal - hair done, bills paid lyrics
- 岩崎太整 (taisei iwasaki) - la vie d'une femme lyrics
- gustavo rojas - ¿quién soy yo? lyrics