azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ali ashikar - o günlər tək lyrics

Loading...

[nəqərat: ali ashikar]
unuda bilmərəm gülüşünü
səbəbi səndin gülüşümün
bircə gəlsən, unudaram mən
bil ki, vaxtsız gedişini

unuda bilmirəm xatirəni mən
gəl, yenə ömrümə gəl sən
gəl, mənə yenidən dön
və biz yaşayaq əl+ələ o günlərtək

unuda bilmərəm gülüşünü
səbəbi səndin gülüşümün
bircə gəlsən, unudaram mən
bil ki, vaxtsız gedişini

unuda bilmirəm xatirəni mən
gəl, yenə ömrümə gəl sən
gəl, mənə yenidən dön
və biz yaşayaq əl+ələ o günlərtək

[bənd 1: ali ashikar]
gəl, mənim ömrümə qonaq ol
yenidən mənə yar ol
dost ol + deyə bilmərəm ki, sənə
çünki dərin mənim məsələm
bil ki, bunu sənə desəm də, çox gec artıq
məni qocalar evinə çox tez atdın
əvvəli gözəl olan hekayəmin sonunu gozləyənlərə
son! bu da ardı…

yolunu gözləyirəm həmin o köhnə parkda
yolunu gözlədiyim unudub məni çoxdan
bəlkə də çoxdandır görmədiyim gözəl yarım
bir gün belə yada salmır xatirələri

görəsən indi harda kimlə gülür yanaqları?
görəsən yaşlanıbmı gül ətirli o saçları?
mən ki, o saçların bir telinə də qıymazkən
necə qıydılar hörməyə başqa əllər, söylə, necə?

söylə, necə unudub getdin başqasına?
amma məncə də haqlısan
kim dözər ki, bu sərxoşun dəm halına?
gül camalına aşiq olan mənə
necə güldülər, bir bilsən
sən dözərmiydin, gözəlmiydin
onun da gözündə özəlmiydin?

[nəqərat: ali ashikar]
unuda bilmərəm gülüşünü
səbəbi səndin gülüşümün
bircə gəlsən, unudaram mən
bil ki, vaxtsız gedişini
unuda bilmirəm xatirəni mən
gəl, yenə ömrümə gəl sən
gəl, mənə yenidən dön
və biz yaşayaq əl+ələ o günlərtək

unuda bilmərəm gülüşünü
səbəbi səndin gülüşümün
bircə gəlsən, unudaram mən
bil ki, vaxtsız gedişini

unuda bilmirəm xatirəni mən
gəl, yenə ömrümə gəl sən
gəl, mənə yenidən dön
və biz yaşayaq əl+ələ o günlərtək

[bənd 2: lakonik]
biri mənə desin ki, “bitdi”, təkrarı yox artıq, getdi
dönməyəcək bir sehirdir, bildim
bir bilsən, bizdən nə qədər vaxt ötüb də keçdi

məni bir sən anladın, lakin düz olmadı
“biz” olmadıq biz, sən oldun, amma ki, mən olmadım
ki, mən olsam ayırmazdım heç bir şeiri

gözlərindən düşən mənəm
bu şəhərdən qov bu gecəlik “olmaz”ları
dolmaz yarım olmadıqca sən
dəniz almışdı rəngini gozündən
axı sevməyən biri üzülməz
bəs niyə yaşlar var üzündə?
məni xatırla güldüyün bir an
yığışdır özünü, dodağın büzülsə

heç kim inanmır torpağa çilənmiş yağış kimi ətrinin olduğuna
qorxuram ki, inanar biri, cürət edər yaş torpağa sığınmağa
bilərsən, axı mən heç sevməzdim mənim olanı bölüşməyi
bu görüş nəyi sənə anladır? mənə bölüşməyim o gülüşləri

adi bir şəhərlə, o an gözlərində ayrıca bir ölkə olduq
bəs sonra nə oldu?
bir az öncə onlu… və sonda onsuz
sonra yoxdur, ipin ucu getdi, bitdim
bir içkidir eşq, içdim… və sonda boğdu
bax, sənsiz yuxuya gedə bilmir axı, bu gecə buralar
bu şəhər yorulur

gözlərim yumulur, göz qapaqlarımda canlanırsan anidən
hələ son sözü demədi həyat, hara gedirsən?
oynarkən qədərimlə saniyə

təxliyə edildi ruhlar şəhərdən
dedilər ki, “sevilməz” mənə, belə ruhən, belə içdən
yenə gəlsən, yenə şərdən, yenə gecədən çıxıb da gəlsən
hələ səni görüb oyana bu sərsəm
hər şey o yana, mən onu bunu bilməm
amma ki, mövzu sənsənsə, mən hələ də tərsəm

inan bəzən alışmaq fayda vermir
öyrəşdiyin onsuz bir həyatsa
inan bəzən alışmaq fayda vermir
olsan belə kül onun ovucunda

[nəqərat: ali ashikar]
unuda bilmərəm gülüşünü
səbəbi səndin gülüşümün
bircə gəlsən, unudaram mən
bil ki, vaxtsız gedişini

unuda bilmirəm xatirəni mən
gəl, yenə ömrümə gəl sən
gəl, mənə yenidən dön
və biz yaşayaq əl+ələ o günlərtək

unuda bilmərəm gülüşünü
səbəbi səndin gülüşümün
bircə gəlsən, unudaram mən
bil ki, vaxtsız gedişini

unuda bilmirəm xatirəni mən
gəl, yenə ömrümə gəl sən
gəl, mənə yenidən dön
və biz yaşayaq əl+ələ o günlərtək

[bənd 3: pranga]
tozlanıb xatirələr və tozlanıb qramafon
melomaniyama təsir etmir antidepresanlarım
ehtirasın harmoniyası – o qırmızı kombinezon
səsim iyrəndirirdi mahnılarıma qulaq asanları

çəkməyəcəm… qoxun bədənə zərərdir
şairlərin ömrü qadını gedənə qədərdir
mavi xəzər qısqanardı dəniz gözünü
bir gün intihar etsəm, gözlərində boğacam özümü

ağrılarıma toxunma, yarama toxunma bir də
zərafətini basdırıram sol yanımda, qəbirdə
əl çək, sən də səndən öncəkilərtək anlamadın
rəngi yoxdur dünyanın, bu faciəmdir, qadın

başdaşına sarılıb ağlamaq kimi, səhər məzarını
axşam xəyalını qucaqlamaq kimi
ya da ki, şeytana ruhunu satmaq kimi
cismini ruhundan əllərinlə qopartmaq kimi

aylarla vuruşdum, əsrlərlə vuruşdum
nə mənası, yenə də sonda ruh allaha qovuşdu
indi duymur dörd divarda bağırtıları kimsə
məlhəmim, gəl, sən ən gözəl həkimsən

o qara paltarını geyin, bəxtimizlə çox yaraşır
ağlama, günəş saçlı, mavi gözlü sarışınım
hər sətrimin baş hərflərində gizlənib adın
getmə, zülfü pərişan qadın
(zülfü pərişan qadın)



Random Lyrics

HOT LYRICS

Loading...