azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ali ashikar - xəyalən lyrics

Loading...

[bənd 1]
qələmim gözəl yazır, mürəkkəbinə sən qarışdın
sənin üçün açan gülün torpağına da mən qarışdım
bu evin hər küncü mənimlə birgə tənhalaşdı
məni tərk etmədin sən, sadəcə vidalaşdın

qova bilmədim ətrini neçə ildir ki, yatağımdan
sonunda qovdu məni də xatirələr otağımdan
və o gün bu gündür ki, rəsimlərdən üzü gülürdü
son üzüntüm sən idin, daha heç nəyə üzülmürdüm

soruşanlara nə deyim mən? nə qədər gözləyəcəm?
(nə qədər?) mənə bir cavab de!
bir iki damla göz yaşı tökdün, mənəmmi cavabdeh?
təbiət ağlayır gəl, gəl indi cavab ver!

gülümsədim, bilirəm, günah məndədir
mən sənə bir parça ümid, sən mənə ömür verdin
deyəsən eşq sən idin, gedişindən bəlli idi
mən axrı olmayan bu heykayənin əvvəli idim

[nəqərat]
o yaşlı gözlərini tərk edər zaman
qadınım unudular, ağlamaz, amma
düşünmədən şəhəri tərk edərdim, inan
sənin üçün…
dərk edər zaman
ayrılıq unudular, ağlatmaz, amma
zamansız ayrılığa bəlkə+lərdir səbəb
bizim üçün…

[bənd 2]
zamansız ayrılığa bəlkə+lərdir səbəb bəlkə
külək bizi dağıtmazdı, zəif olmasa idi yelkən
bəlkə də bir az ərkən vidalaşdıq
mən sənə “gedək” deyə əlimi uzatdım, sən isə sağollaşdın

yağış da sözümə baxmır, üstüm başım yaşdır
çoxdandır bir əyyaşdır sevdiyin, dəli deyirlər
incimirəm, məndən olsa, danışmazdım sevgi haqqında
hərkəs məndən eşitmək istəyir, dəli də olsam

dəridə olsa canım, inan ki, soyardım
biri mənə bunu “yuxu” desin, sən də gəl oyandır
oyanıb özümə baxıb səni görəndə güzgüdə
üzünü bağla, göz yaşını göstərməsin güzgülər

bir nağıl de, içində sehir olsun
bizdən ailə olsun, qızımız pəri doğulsun
bilirəm xəyaldır bu, hər nə olur olsun
o balaca əllərində hər ikimizin qəlbi olsun
[nəqərat]
o yaşlı gözlərini tərk edər zaman
qadınım unudular, ağlamaz, amma
düşünmədən şəhəri tərk edərdim, inan
sənin üçün…

dərk edər zaman
ayrılıq unudular, ağlatmaz, amma
zamansız ayrılığa bəlkə+lərdir səbəb
bizim üçün…



Random Lyrics

HOT LYRICS

Loading...