azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

anar nağılbaz - eh, deyəcəksən ki lyrics

Loading...

[bənd 1]
qəlbi qəlbim ilə söz açan uzun
dodağıyla silən alın tərimi
istərəm sənintək gözəlim olsun
sənə həsr eləyim əsərlərimi

bir ömür istərəm, həyat yarımı
yaşayım bu ömrü başdan+başa mən
silmək üçün, yumaq üçün günahlarımı
tuş olum gülləyə, dəyim daşa mən

[nəqərat]
eh, deyəcəksən ki, bu nə şeirdir
bu şeiri yazanın başı çatışmır
mənim öz sözlərim özümə sirrdir
qəlbimdən asmağa daşı çatışmır

deyəcəksən ki, bu nə şeirdir
bu şeiri yazanın başı çatışmır
mənim öz sözlərim özümə sirrdir
qəlbimdən asmağa daşı çatışmır

[bənd 2]
bir səhnəm istərəm, olsun özümün
mən yazım, sən mənə tamaşa göstər
verim çiçəklərin sənə 100+ünü
sən də dodağımdan öpəsən, gözəl
istərəm ən yaxşı kinolar çəkim
istərəm ikimiz oynayaq orda
eh, bu arzulardan necə əl çəkim?
hardasan, sevgilim, hardasan, harda?

bağışla, bağışla, ilahəm, məni
unut bu sözləri, sanki yox imiş
yəqin qismətimdir çəkmək dərd+qəmi
yəqin bu dünyada sevgi yox imiş

qəlbi qəlbim ilə söz açan uzun
dodağıyla silən alın tərimi
istərəm sənintək gözəlim olsun
sənə həsr eləyim əsərlərimi

[nəqərat]
eh, deyəcəksən ki, bu nə şeirdir
bu şeiri yazanın başı çatışmır
mənim öz sözlərim özümə sirrdir
qəlbimdən asmağa daşı çatışmır

deyəcəksən ki, bu nə şeirdir
bu şeiri yazanın başı çatışmır
mənim öz sözlərim özümə sirrdir
qəlbimdən asmağa daşı çatışmır



Random Lyrics

HOT LYRICS

Loading...