azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

arzu əliyeva – azərbaycanım lyrics

Loading...

[bənd 1]
gur axan şəlaləli uca dağların vardır
dünyanı gəzmişəm mən, belə vətən haradadır?
aləmə nur saçırsan, mənim nurlu cahanım
sarsılmaz bünövrəli doğma azərbaycanım
sarsılmaz bünövrəli doğma azərbaycanım

[nəqərat]
vətənim nə gözəldir, gözəldir
baxmaqla doymaq olmur, doymaq olmur
seyrinə gələnləri buradan ayırmaq olmur
buradan ayırmaq olmur seyrinə gələnləri
seyrinə gələnləri buradan ayırmaq olmur

səs salmısan cahana, mənim şöhrətim, şanım
adın dillər əzbəri, canım azərbaycanım
adın dillər əzbəri, canım azərbaycanım

[bənd 2]
fəxr eləyir bu millət, azərbaycan, adınla
çöhrəsindən nur yağan azad övladlarınla
sən dəyişməz amalım, sən dəyişməz məkanım
sənin heyranınam mən, mənim azərbaycanım
sənin heyranınam mən, mənim azərbaycanım

[keçid]
gəzdim, ey, bu dünyanı mən qarış+qarış, ey
müqəddəs məkanım azərbaycanım, aman, ey
yoxdur sənin kimi bir cənnət+məkan
olaram qurbanın, azərbaycanım, aman, ay… aman, ay yar… aman, ey
eşqinlə döyünür, eşqinlə coşur, ey dad, ey… ey dad, ey…
ürəyim, mehmanım azərbaycanım, ay aman, ay aman, ey…
var olsun şərəfin, var olsun şanım
ucalsın bayrağın, azərbaycanım… ay aman… aman, ay dadi+bidad, ey…
[nəqərat]
vətənim nə gözəldir, gözəldir
baxmaqla doymaq olmur, doymaq olmur
seyrinə gələnləri buradan ayırmaq olmur
buradan ayırmaq olmur seyrinə gələnləri
seyrinə gələnləri buradan ayırmaq olmur

səs salmısan cahana, mənim şöhrətim, şanım
adın dillər əzbəri, canım azərbaycanım
adın dillər əzbəri, canım azərbaycanım

[çıxış]
azərbaycanım…



Random Lyrics

HOT LYRICS

Loading...