azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

arzu əliyeva - unuda bilmirəm, gəl, inad etmə lyrics

Loading...

[bənd 1]
ayrı düşdük, aylar ötdü, il oldu
eşqim sənsiz bir çağlayan sel oldu
ayrı düşdük, aylar ötdü, il oldu
eşqim sənsiz bir çağlayan sel oldu

bağça saldım, çiçək açdı, gül oldu, gül oldu
bağça saldım, çiçək açdı, gül oldu, gül oldu

[nəqərat]
neyçün səni bəs unuda bilmirəm?
neyçün səni bəs unuda bilmirəm?
unuda bilmirəm

neyçün səni bəs unuda bilmirəm?
neyçün səni bəs unuda bilmirəm?
unuda bilmirəm
unuda bilmirəm

[bənd 2]
deyirlər ki, yoxdur sevgi, məhəbbət
bir+birinə edir qız, oğlan adət
deyirlər ki, yoxdur sevgi, məhəbbət
bir+birinə edir qız, oğlan adət

doğrudansa, yoxdur əgər məhəbbət, məhəbbət
doğrudansa, yoxdur əgər məhəbbət, məhəbbət
[nəqərat]
neyçün səni bəs unuda bilmirəm?
neyçün səni bəs unuda bilmirəm?
unuda bilmirəm

neyçün səni bəs unuda bilmirəm?
neyçün səni bəs unuda bilmirəm?
unuda bilmirəm
unuda bilmirəm
unuda bilmirəm…

[keçid]
mənə yaşam üçün səbir, dözümsən
işıqlı dünyaya baxan gözümsən
sən, sən deyilsən ki, mənim özümsən
mən səni unuda bilərəmmi heç?

sən eşqin bağında barım, bəhərim, ey…
a+a+a+ax, ay yarım…
sən eşqin bağında barım, bəhərim
sənsiz viranədir könül şəhərim
yuxusuz gecəmsən, nurlu səhərim
mən səni unuda bilərəmmi heç?
bilərəmmi heç?

sən məni həyata bağlayan həvəs
sən məni sevgiyə çağıran bir səs
sən mənim dünyada aldığım nəfəs
mən səni unuda bilərəmmi heç?
ruhumu qoruyan saf məhəbbətin
gecəm də, günüm də hicrin, həsrətin
ilk eşqi unutmaq çətindir, çətin
mən səni unuda bilərəmmi heç?

sən mənim çəkdiyim ən şirin zülm
sən mənim çəmənim, ey, çiçəyim, gülüm
sən mənim içimdə dünyamsan, gülüm
mən səni unuda bilərəmmi heç?
yar, can… ey… ay balam… can, ay balam, ay…

[bənd 3]
gəl, inad etmə böylə, sevimli dilbərim
gəl, inad etmə böylə, sevimli dilbərim
yollarını gözləyir intizar gözlərim
gəl, gəl, qadan, bəlan mən alım, yar
sənsiz gülməz eşqim, amalım, yar

[nəqərat]
gəl, yada salma, dildar, ey vəfadar
olub keçənləri, hər nədir
qəlbinə dəymişəm, yar, bilirəm, yar
bilirəm, hər günah məndədir
bilirəm, hər günah məndədir
qəlbim, gözüm, yar, yenə səndədir
qəlbim, gözüm, yar, yar, yenə səndədir
[bənd 4]
laylasını dinlə gəl suların, sevgilim
laylasını dinlə gəl suların, sevgilim
sеyrinə çıxaq birgə baharın, sevgilim
gəl, gəl, qadan, bəlan mən alım yar
sənsiz gülməz eşqim, amalım yar

[nəqərat]
gəl, yada salma, dildar, ey vəfadar
olub kеçənləri, hər nədir
qəlbinə dəymişəm, yar, bilirəm, yar
bilirəm, hər günah məndədir
bilirəm, hər günah məndədir
qəlbim, gözüm, yar, yenə səndədir
qəlbim, gözüm, yar, yar, yenə səndədir

qəlbim, gözüm, yar, yar, yenə səndədir
qəlbim, gözüm, yar, yenə səndədir



Random Lyrics

HOT LYRICS

Loading...