aygün bəylər - dərələr/qurban ollam nazına/çay mahnısı (popurri/canlı ifa) lyrics
[bənd 1]
çinarlar qatar+qatar
qalxıb zirvəyə çatar
dağa qısılıb yatar
mışıl+mışıl dərələr
[nəqərat]
dərələr, dərələr, dərələr
yaşıl+yaşıl dərələr
dərələr, dərələr, dərələr
yaşıl+yaşıl dərələr
[bənd 2]
sizlərdən yollar keçər
siz, yaxşı ki, varsınız
zirvələrə açılan
geniş qapılarsınız
[nəqərat]
dərələr, dərələr, dərələr
yaşıl+yaşıl dərələr
dərələr, dərələr, dərələr
yaşıl+yaşıl dərələr
[bənd 3]
sizlərə vurğunam mən
bəzəyiniz şəfəqdən
ey, sizlərə vurğunam mən
bəzəyiniz şəfəqdən
[nəqərat]
dərələr, dərələr, dərələr
yaşıl+yaşıl dərələr
dərələr, dərələr, ay dərələr
yaşıl+yaşıl dərələr
[keçid]
əgər ki… ey… əgər ki yıxılsam, çinar göstərin
mən ona söykənim… mən ona söykənim, arana baxım
gözlərim görməsə… gözlərim görməsə, göygölü verin
mən onun gözü ilə cahana baxım
ay canım, ay gözüm, azərbaycanım… azərbaycanım, ay…
saqiya bir bu deyil nəşəsi peymanəmizin
saqiya bir bu deyil nəşəsi peymanəmizin
hələ bundan sonradır ləzzəti toyxanəmizin
biz, gərək… biz gərək badeyi gülgüni həkimanə içək
pozmayaq rövnəgini məclisi məstanəmizin
biz həman zindi xərabatiyi bibakiləriz
biz həman zindi xərabatiyi bibakiləriz
söhbəti indi də dillərdədir əfsanəmizin
dərd əlindən bu qədər çəkdiyimiz nalələrə
nə gəlir yarımızın rəhmi, nə biganələrin
çeşmi zəncirinə vahid də giriftar oldu
çeşmi zəncirinə vahid də giriftar oldu
azdı guya, biri də artdı bu divanəmizin
aman, aman… aman, aman… dad… ay yar…
yarım, aman, aman… dad, ay yar…
hey… hey… ey dad… ey dad… ay, aman…
[bənd 4]
qurban olum səni doğan anaya
səni doğdu, məni saldı bəlaya
bala, səni doğdu, məni saldı bəlaya
[keçid]
çəkərəm nazını, hərdən
nə qədər naz eləsən də
çəkərəm nazını, hərdən
nə qədər naz eləsən də
[nəqərat]
qurban ollam nazına
nazına, avazına
yar, səni çoxdan sevirəm
qurban ollam nazına
nazına, avazına
yar, səni çoxdan sevirəm
[bənd 5]
yaxşı adam bu dünyada ad alar
pis adamlar dərdə giriftar olar
bala, pis adamlar dərdə giriftar olar
[keçid]
çəkərəm nazını, hərdən
nə qədər naz eləsən də
çəkərəm nazını, hərdən
nə qədər naz eləsən də
[nəqərat]
qurban ollam nazına
nazına, avazına
yar, səni çoxdan sevirəm
qurban ollam nazına
nazına, avazına
yar, səni çoxdan sevirəm
[keçid]
ey, ey, ey, ey…
xəlqin imanını gər məkr ilə şeytan aparıb
ey, ey, ey, ey…
xəlqin imanını gər məkr ilə şeytan aparır
o pəri çöhrə nədəndir ki, bəs iman aparır?
ey… ey kaman qaşlı, məni… ey… ey…
ey kaman qaşlı məni yarələdi müjgan oxu
ey kaman qaşlı məni yarələdi müjgan oxu
zülfünü… zülfünü bas yarama, qoyma, məni qan aparır
çəkməyin seyyidi+laməzhəbi meyxanə sarı
çəkməyin seyyidi meyxanə sarı
kafəri… kafəri kəbə ara hansı müsəlman aparır?
[nəqərat]
armudu stəkanda çay
ürəyimiz yananda çay
armudu stəkanda çay, ey
ürəyimiz yananda çay
adlısan, dadlısan
çay, çay, çay
balam, ləzzətlisən, adlısan
çay, çay, çay
dadlısan, adlısan
çay, çay, çay
a gülüm, ləzzətlisən, dadlısan
çay, çay, çay
[bənd 6]
kimin ağrıyır canı
qoy çay içsin mərcanı
kimin ağrıyır canı
ay balam, bol çay içsin mərcanı
ey, min bir dərdin dərmanı
çay, çay, çay
gülüm, hər bir dərdin dərmanı
çay, çay, çay
[nəqərat]
armudu stəkanda çay
ürəyimiz yananda çay
armudu stəkanda çay
ürəyimiz yananda çay
adlısan, dadlısan
çay, çay, çay
balam, ləzzətlisən, adlısan
çay, çay, çay
adlısan, dadlısan
çay, çay, çay
gülüm, ləzzətlisən, adlısan
çay, çay, çay
[bənd 7]
evə gələndə qonaq
bilin, soruşmaq olmaz
evə gələndə qonaq
bilin, soruşmaq olmaz
verin yeməkdən qabaq
çay, çay, çay
gülüm, verin yeməkdən qabaq
çay, çay, çay
verin yeməkdən qabaq
çay, çay, çay
a gülüm, verin yeməkdən qabaq
çay, çay, çay
verin yeməkdən qabaq
çay, çay, çay
gülüm, verin yeməkdən qabaq
çay, çay, çay
verin yeməkdən qabaq
çay, çay, çay
a balam, verin yeməkdən qabaq
çay, çay, çay
Random Lyrics
- the pavers - red suzuki lyrics
- iris leviathan - алые паруса lyrics
- bryson knoel - bluetooth lyrics
- zayn - birds on a cloud (traducción al español) lyrics
- eksmonov - їх? не відчуваю (yih? ne vidchuvayu) lyrics
- fordo - jaded (sped up) [clean version] lyrics
- kristianfade - in love lyrics
- ultraspank - suck (live) lyrics
- ricky a go go - 1-800-pleasure lyrics
- архххив (archhhiv) - сорян lyrics