aygün kazımova - ağ çiçəklər lyrics
Loading...
mənim ömrüm qəmli kitab
hər sətiri bir iztirab
bu taleyin oyununda
qismət payım minbir əzab
naxış vurar ilmə-ilmə
nazın olar kəlmə-kəlmə
qəlb qapısı açıq qalıb
necə deyim kədər kəlmə
sirdaşımdır ağ çiçəklər
göz yaşımdır çiçəklər
kor bəxtimin xalısında
naxışımdır çiçəklər
dərd uzanır aydan-ilə
qarşılaram gülə-gülə
qaranlıqdan səhərəcən
şam əriyir gilə-gilə
doğmalaşıb gündüz-gecə
hər birində var işgəncə
yazıram öz həyatımı
buta-buta, qönçə-qönçə
sirdaşımdır ağ çiçəklər
göz yaşımdır çiçəklər
kor bəxtimin xalısında
naxışımdır çiçəklər
(poetry)
mənim ömrüm qəmli kitab
hər sətiri bir iztirab
bu taleyin oyununda
qismət payım minbir əzab
qismət payım minbir əzab
Random Lyrics
- mario william vitale - what a difference you made in my life lyrics
- btob - drunk lyrics
- rick chyme & man - day 24: hear lyrics
- z-ro - hostage lyrics
- heiliger krieg - führe uns! lyrics
- vagabond maurice - the scent of rain & flowers lyrics
- yung sucky - pull up lyrics
- perla villa - cuando pienso en ti lyrics
- teabrogi - спарта (sparta) lyrics
- flyy guy fresh - 100 karats lyrics