azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aygün kazımova - onun adı nə idi? lyrics

Loading...

o yadımdadır, gözləri mavi
onun olmur sözləri adi
son dəfə o xətrimə dəydi
onun adı nə idi?

bəs var idi içində həyəcan
o deyərdi çağıranda “ay can”
gedən zaman geri dönəcəkdi
onun adı nə idi?

gözlərimdə yaşımı qurutmam
mən çox şeyi belə tez unutmam
ər ya da gec bunu edəcəkdi
onun adı nə idi?

xatirimdə qalır axı hər şey
üzünü görüm, gəlsin görüşək
nömrəsinin sonu de, neçə idi?
onun adı nə idi?

adı nə idi, de, düşmür yadıma
adı nə idi, de, düşünüb yatıram
məni tək qoyanın adı nə idi?
başımın üstə uçan kəpənək idi
bir gün işığım axı sönəcək idi
və o gedəcək idi
adı nə idi, ürəkdə çırpınan
adı nə idi, bir anda yad olan
məni pərt edənin adı nə idi?
ürək yıxılıb, gedib ona dəydi
bir yaşayıb, bir öləcək idik
onun adı nə idi?

(onun adı nə idi?)

o gedəndə yaxşı deyildim
heç onun özü də yaxşı deyil idi
getdiyimiz düz yolu əydi
onun adı nə idi?

dərdim onun qəlbinin dağıdır
guya mənə görə dünyanı dağıdır
pis deyildi, dəli idi, nə idi
onun adı nə idi?

demişdim, ağlımdan keçmə
xatırlamaq istəmirəm heç nə
geriyə qalan qırılan ürək idi
onun adı nə idi?

ilk görüşdə sözün yadımda
baxışların, özün yadımda
hava yadımda, yağış, külək idi
bəs adın nə idi?
adı nə idi, de, düşmür yadıma
adı nə idi, de, düşünüb yatıram
məni tək qoyanın adı nə idi?
başımın üstə uçan kəpənək idi
bir gün işığım axı sönəcək idi
və o gedəcək idi

adı nə idi, ürəkdə çırpınan
adı nə idi, bir anda yad olan
məni pərt edənin adı nə idi?
ürək yıxılıb, gedib ona dəydi
bir yaşayıb, bir öləcək idik
onun adı nə idi? (nə idi?)

(onun adı nə idi?)

onun adı nə idi?



Random Lyrics

HOT LYRICS

Loading...