azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aygün kazımova – sevdi ürək (saz version) lyrics

Loading...

bu nə cür eşq odudur ki, bürüyübdür canımı
özümü atəşə saldım sevib aygün xanımı
o da sanki, aya bənzər, günə bənzər bir adam
ona məncə vurular, aşiq olar hər bir adam

səninlə ki, görüşmüşəm
ah nə yaman dəyişmişəm
mən də bu eşqə düşmüşəm
mən də sevirəm

səninlə ki, görüşmüşəm
ah nə yaman dəyişmişəm
mən də bu eşqə düşmüşəm
mən də sevirəm, mən sevirəm

məni sevsəndə yenə mən daha artıq yanıram
sənə kim eşqini elan eləyir, qısqanıram
öz əlin dəysə sənə, qısqanıram əllərini
mənə qalsa deyərəm, tökmə üzə tellərini

nə günah sahibiyəm ki, axı az danla məni
məni el sevsə də, yalnız səninəm anla məni

hövsələdən çıxma belə
qəlbini heç sıxma belə
şübhə ilə baxma belə
mən də sevirəm

hövsələdən çıxma belə
qəlbini heç sıxma belə
şübhə ilə baxma belə
mən də sevirəm, mən sevirəm

səni elə sevdi ürək
səni elə sevdi ürək
gəzər eşqinlə bütün dünyanı

səni elə sevdi ürək
səni elə sevdi ürək
gəzər eşqinlə dünyanı

nəcə isbat eləyərsən, mənə məhəbbətini
eliyərsənmi, desəm tərk elə öz sənətini
o zamanda ürəyim rahat olar dincələrəm
səni bu sevgi də öz yarına sadiq bilərəm

dərk elə öz söhbətini, gəl unut bu niyyətini
sən sevirsən sənətini, mən də sevirəm

dərk elə öz söhbətini, gəl unut bu niyyətini
sən sevirsən sənətini, mən də sevirəm, mən sevirəm

elədirsə qoşulaq bir-birinə ad eləyək
sən oxu məndə deyim, bir təzə icad eləyək
ola gerçək və həyata keçə bu xülyamız
həmi sənət yaşasın, həm də bizim sevdamız

var idi məndə də çoxdan belə bir arzu, dilək
yaradaq mahnı qoyaq biz adını “sevdi ürək”

qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
yarım məni sevir yaman, məndə sevirəm

qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
yarım məni sevir yaman, məndə sevirəm, mən sevirəm

səni elə sevdi ürək
səni elə sevdi ürək
gəzər eşqinlə bütün dünyanı

səni elə sevdi ürək
səni elə sevdi ürək
gəzər eşqinlə dünyanı



Random Lyrics

HOT LYRICS

Loading...