aysun ismayılova - yenə sən lyrics
Loading...
bənd
getmə dur, sözümü bitirim
son duamı dilə gətirim:
mən özüm kimisin itirim
sən özün kimisin sevəsən
bənd
dəliyəm, dəlidən dəliyəm
daha kədərlə sevgiliyəm
mən yaşayan bir ölüyəm
məni boş ver, sən necəsən?!
nəqarət
yenə sən, yenə hər dəfə sən
yenə yol verdin səhvə sən!
bizi eşq iki yerə böldü
çölə mən düşdüm, evə sən..
bənd
rəssam kimi min fikirəm
kor gözümdən yaş tökürəm
nəfsimin rəsmin çəkirəm
sən onun üçün çərçivəsən
bənd
bir təsəllisi illərinin
ola övladın, ən şirinin
adımı daşıyan birinin
hər gün əllərini öpəsən
nəqarət
yenə sən, yenə hər dəfə sən
yenə yol verdin səhvə sən!
bizi eşq iki yerə böldü
çölə mən düşdüm, evə sən
Random Lyrics
- myra granberg & a36 - död för mig lyrics
- pradabagshawty - clueless lyrics
- dua lipa - happy for you (live from the royal albert hall) lyrics
- lake lorem - left behind lyrics
- goro - глаза (eyes) lyrics
- the star room boys - whiskey and you lyrics
- xinisist - tapa ittes lyrics
- lola g. - evil lyrics
- rey & nane - riri lyrics
- arcadia grey - her name engraved lyrics