
babək əfəndi - yad olduq lyrics
[bənd 1]
sevə+sevə doğmalıqdan yad olduq
sevgimizin atəşindən yorulduq
vüsala, ya ayrılığa qovuşduq?
harada qaldın, nə aradıq, nə sorduq?
günlər ötdü, bizi bizdən elədi
göz yaşımı içimə sel elədi
kim ayırdı, görən, bizə nə eylədi?
doğma ikən, yaxın ikən yad olduq
[nəqərat]
mən günahı öz+özümdə bilirəm
inanıram, sevirəm, güvənirəm
doğma bilib ürəyimi verirəm
indi durub yana+yana deyirəm
nədən belə ayrı düşdük, yad olduq?
su olmadıq, hər ikimiz od olduq?
[bənd 2]
bu sevgi ilə hər bir kəsin yadında
nağıl olduq, şeir olduq, ad olduq
tanrı bizi qovuşdurdu göylərdə
yerdə isə gözə gəldik, yad olduq
[nəqərat]
mən günahı öz+özümdə bilirəm
inanıram, sevirəm, güvənirəm
doğma bilib ürəyimi verirəm
indi durub yana+yana deyirəm
nədən belə ayrı düşdük, yad olduq?
su olmadıq, hər ikimiz od olduq?
Random Lyrics
- zzztud - ô lê lê, ô lá lá, camará lyrics
- archie (2) - sweet tooth lyrics
- searows - this is it lyrics
- кино (kino) - братская любовь (brotherly love) (2025) lyrics
- shxrda - presence lyrics
- notmuchleft - call my name lyrics
- nihar - okok lyrics
- sweet trio - fly guy lyrics
- conor maynard - cherry on top lyrics
- lil rav - 2unset lyrics