azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause - bülleten lyrics

Loading...

verse1:
yenə həmən sfera, yenə həmən dilemma
çıxış yolunu tapmayan yeniyetmə əl atır intahara
yar olmaq asansa yaralıya bir dəfə yar ol
hamı düzgün sevgi axtarır, heç kim demir + məndə var o

dünya buraxıb özünü, yox çərçivə, yox nə qanun
… yol çoxdur getməyə, amma yox işıq tutanım
dedilər mənə ki, yaz+yarat, inan çoxalan dərd azalır
o qədər şeir yazdı, amma heç gülə bilmədi bu zalım

həyat döyüş, udan yoxdur, uduzur hamı
mənliyin uduzan insanlar var neynirəm pul uduzanı?
biləyi bükülməyən kəsi də kimsə pulla vurub uzadır
padşah utanmır, icmada qul qızarır

düşün, otur, düşün+daşın gör ki, sən busanmı?
bu qədər əziyyət çəkmişik, səhv eləmişiksə bəs düz hanı?
popçuların içində ture+luqdan rap usanıb
qızdan zaddan yazacam çarpayımda tək uzanıb

chorus(x2):
bizim həqiqətlərimiz ayrı
biz bu xülyada qəriblərik
bizdən gedən hamı peşman olub yenə geri qayıdır
… nəsə qəribədir
verse2:
boyayıb gözlərimizi nə yoxdursa var dedilər
həqiqət axtarışına çıxanlara yad ünvan dedilər
oxu tar, oxu tar dedilər, oxu qurtar dedilər
dözə bilmədi elinalar, tək yol intihar dedilər

başa düşmür səhvini, dəyir ağlın küt yerinə
efirdə qalmaqal salır, düşür səhər bülleteninə
bu ölkədən necə sənət gözləyim axı mən?
uğur halal deyil, sənətçi verirsə produserinə

xeyir üçün, ya şər üçün, axı, susmuşuq nələr üçün?
vicdan, insaf, ədalət yox, öldürmüşük hər üçün
artıq real hip+hop, true yemir innovativ gənclər çün’
kütlə itirir anlayışını dildə ancaq cənq+cünq

tufana bel bağladınız bu badi səbada
sizə görə new generation panamera, 90’s samakat
ayağım qandallıdır, çiyində yük, əlimdə çamadan
gedirəm həqiqəti tapmağa, siz sağ, mən də salamat



Random Lyrics

HOT LYRICS

Loading...