azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause - günlər var idi lyrics

Loading...

[bənd 1]
vaxt var idi, günlər var idi, pula pul deməyən adamlar idik
bir vaxt ətrafım dostlar idi, indi yoxdur, elə belə də olmalı idi
üç nəfər qalıb o vaxtdan mənə, dörd dost, dörd ürək, ummadan mədəd
sağ günlərin qədrin bilmirdim sağlıqlara qaldırmadan qədəh

eşidilirdi qübbədən azan, doldururdu güllər hər məzarı
səbəbim yox şübhələrimə dair, başa sala bilməz cümlələr də daha
çox günəşli günlər gördüm kölgəmə yoldaş, mən zülmətəm bu saat
sonumu gətirməz … ya da başqa bir şey, gətirər uzağı güllələnmə zad

kimsəsiz donub ölməkmi yaxşıdır, yoxsa kim üçünsə bir qədər yanmaq?
ədalət axtarmıram, artıq rahat haqsızlığa dinmədən yatmaq
tək idim, nə zəng edənim oldu, nə də yaxınlaşdı bir nəfər yanıma
başımla cavabdeh olduqlarım var idi, itirib başın iynə+dərmandan

heç vaxt heç kimi dəyişməyə çalışmadım, sevirdim olduqları kimi
məni tərk edən dostlarımı eyni yerdə gözlədim qoyduqları kimi
yaşıd deyiləm yaşıdlarımla, dolmadım onlar yaşa dolduqları kimi
böyük ehtimal ki, sonluq yaşamamışam yaşatdığım sonluqlar kimi

[nəqərat]
pərdələr açıq, tamaşa, səhnələr ağır
çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır
üzümə+gözümə qəm yaxıb, özümə güzgüdən baxıb
anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb
pərdələr açıq, tamaşa, səhnələr ağır
çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır
üzümə+gözümə qəm yaxıb, özümə güzgüdən baxıb
anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb

[bənd 2]
dövr o dövr idi biz gələndə, sonra gördük ağac var, daddıq almasından
neçə hürr gənc çürütdü ömrünü ziyan edib illərlə parta arxasında!?
nə öyrəndik? nələr unutduruldu bizə? yadda saxlasaq da, qalmaz
de ki, qıraq bu zəncirləri, edək, ağlında hər nə varsa ağlasığmaz

çıxanda nəyisə götürüb gedibdir, qəlbimə kim eyləyibsə hüzur
nə hansısa əməldə əskik lüzum, nə masamda əskik olub çörək+duzum
dostumun dostu olmadığımı biləndə anladım, düşüncəmdədir qüsur
başını burax, sonra oturub danışarıq uzun+uzun

ölkədən kənarda tək idim, gələn olaydı o vaxt kaş yanıma
hamısı bircə+bircə şərait yaratdı yanlarından uzaqlaşmağıma
arxamca danışıblar, amma həmişə gülər üzlə mən olmuşam çağıran
indi salam+sağ ol da yoxdur, şükür, aram da qalmayıb o uşaqlarla

dərdimi danışa bilmədim, baxırsan, dörd bir yanım insan
yazmağa başlayanda bu qədərini gözləmirdim, məni ki sən anlayırsan
ən içdən hisslərlə yazdım, nə yazdımsa, qələm yükü daşıyır sağ
miriylə çox da aran olmaya bilər, amma badclause+u, yəqin ki, tanıyırsan
[nəqərat]
pərdələr açıq, tamaşa, səhnələr ağır
çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır
üzümə+gözümə qəm yaxıb, özümə güzgüdən baxıb
anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb

pərdələr açıq, tamaşa, səhnələr ağır
çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır
üzümə+gözümə qəm yaxıb, özümə güzgüdən baxıb
anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb



Random Lyrics

HOT LYRICS

Loading...