azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause - sonuncu səhifə lyrics

Loading...

[ verse 1 ]
(hardayam?)
deyəsən özümdə deyiləm
sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm
əvvəl ömür+günün idim, indi könlündə deyiləm
sənlə ağlaram amma inan güləsi gündə deyiləm
qayıdacam hər şeyin əvvəlinə – 2014+ə
o vaxtkı ruh və görkəm öz yerində, yox kölgəm
əriyib sönmüşəm… qucaqla məni möhkəm
rədd olub gedək burdan, yoxsa bizi anlamaz bu ölkə
bu gün qəlbimə yatan hər kəs sabah gözümdən düşür
nə qədər uzaq olsaq da məni həmişə özünlə düşün
həmişə yanındayam, qulaqcığında, dar anındayam
geridə bir il qalıb, dörd ildir ki, yollarındayam
neçə belə 25+lərə, neçə belə 9 dekabr+lara
neçə belə 19+lara, “neçə belə əlvidalara”
qəlbi dağlaram, bir axmağam, şeirlər ərmağan
məhv olmuşam artıq, güc yoxdur namə yazmağa
mahnılar kömək deyil, nə şeir dəftəri
canımı alan misralar, məlhəmi qırıq qəlblərin
bir vərəq üstündə min bir ürəyə çarə tapan mən
bu gün tənha qalmışam və hisslərim qəfəsdədir
(zibil)
dolmuşam yenə
yazıb qəlbi boşaldıram, ruhu boğmuşam qəmə
mən nifrətə yaraşan hər hissi borcluyam sənə
bəlkə də bir gün unuda bilərəm səni, yoxlayam gərək
ölümə atdığım ilk addım sənə aşiq olmaq idi
ikinci addımda özgələrini “sən” saymağı bildim
ən böyük arzum nə vaxtsa şair olmaq idi
şair oldum, qaldı şeirə layiq olmaq indi
demə ki, “səni sevə bilmirəm”, necə yəni “narahat olma mənə görə”
mən itirdiyim hisləri geri qaytarmışdım sənə görə
aramızı vuran hər bir kəs aramızdaymış sən demə
özgəsi gözlərini silməsin, ağlasan mənə görə
bir təhərdi məni görən, dərd olurdu hər ağlamağım
səsinə möhtac olmuşam, susmağınsa güldən ağır
bir əldə çaxır, o biri əldə qələm, vərəq darmadağın
bircə qalan qəlbim idi, onu da məndən aldın axır
sonuna çatır başladığımız hər yol
indi qırılıb qol qanadım, sənsə məlhəmimə dərd ol
qopar məni bu boz şəhərdən, apar özünlə qürbətə
üzümü güldür ayaq açıb qaçsın bu kədər qəflətən
mən zəhərə şərbətəm, sən isti ürəyə soyuq yağış
mən günəşdə zülmətəm, sən aylı gecədə yuxuma qarış
əlinə kimsə toxunmamış, qayıt gəl ki, bir qocalaq
bu atəş səmaya qalxmamış, səpdin kül ocağa
qəlbim həmənki bədbindi, baxmadı xoş gün dadına
göz yaşıyla doğulan ümidi, dəfn edirəm külqabına
bəlkə səni bağışlamaqçün ikinci bir üz tapılar
özünü görməyə həsrətəm deyə şəklinə gül uzadıram
dedi ki, tale ayırsa bizi, qara bəxtimi süz yazına
sənə qismət olan məhəbbət, dərddir yüz qadına
şeirlərimi düz saçına, bir gün ölsə bədahətim
onsuz bu sərxoş halım, cana min bir bəla gətirib
hər gün ayrı içki masası, hər gün ayrı təbəssüm
hər gün ayrı sifət görürəm, hər gün ağrı və hər gün
ayrı bir hala düşürəm, ayıla bilmirəm heç səhəri gün
bütün olanlar isə cəmi bir+iki rumka zəhərçün
özümə hakim ola bilmirəm, özü də sanki rola girmişəm
nifrət edirəm özümə, necə belə məhv ola bilmişəm?
yazmaq istəyirəm, fikir bir yerə cəmlənmir
ağ vərəqdə yoxa çıxıram və gedən nəfəs gəlmir
nə qazanmaq, nə itirməyə dəyməz heç kimi
kibirlə məhəbbət eyni qəlbdədirsə, keçməz heç kinin
(heç vaxt)
gələcəyim olaraq gördüyüm biri
bu gün gözümün önünə gəlir keçmişim kimi
adına sətir düzdüyüm, bəndimə kin bəsləyir indidən
ilk görüşdə aşiq olub nifrət edir ikincidə
ömür relsləri üstündə son qatar mən, ilki sən
sən də çıxıb getsən əgər, bu göz yaşımı kim silər?

[ verse 2 ]
çox tez böyüdüm, ağrılar keçəcək sandım
səni silməyə çalışır gəlib həyatıma girən hər qadın
dünən ümid paylayan, sabah eşq dinlənər “yardım”
edənin olmaz onda ömürdən gün dilənər saatın
bu gün yaxşı ki, varam, amma sabah olmasam nə olacaq?
yolumu gözləsən də gözlərində nəm çoxalacaq, o dolacaq
onda gedəsi yerin olmaz, ölsən də ömür heç olar
inan ki, üzr istəməkçün belə həqiqətən gec olar
xoş gəlsə də hər dəfəsində üzünü görmək
səndən uzaq durub, gündə birinin açardım örpəyin
qırardım bütün qəlbləri
sən olardım mən
onda bilərdin ki, nə deməkdir sevilmədən ölmək
hələ də bilmirəm ki, doğrun hansı, yalanın hansı
hər sözünü həqiqət sayıb, yanaşmadım müəamma ilə
yox əgər yanılıramsa, yaxşı onda durub izah elə
hansı cəhənnəmdədir bəs xəyalını qurduğumuz ailə?
dolur risalə, qəmlə sonu
səhvən itirdim ömrümün yeddi ayını sənlə olub
böyük sevgimiz var idi, məhv elədin qəsdən onu
halbuki, unuda bilərdin aramızda hər nə olub
yenidən gəlmişəm bax həmin ünvana qızılgül dərib
adını soyuqluq qoyub axtarmadın düz on gün məni
hətta xəyanət etdiyimi düşünüb, üzümə gülmədin
axı incidə bilməzdim onun+bunun qızıyçün səni
yox uzun müddətim, qarışacam izsiz qeybə
məni tanıya bilmədin, kibir+kinsizəm, siz deyiləm
sənsizliyi yaşasam belə, mənliksiz deyiləm
düzü hər kəsdən məhrumam, amma heç kimsiz deyiləm
uzaqda bəzi dost dediklərin
fağırın süfrəsinə, ac qarına gedir tox dediklərin
eyib bir az səndədir ki, sənə nankor dediklərin
kar+kor, eşitmədin, nə görmədin, nə p+x yediklərin
yenə həmənki gün olsaydı, güzəran olsaydı
ağarza kimi qardaş, “şeir gözlü gözəl” yar olsaydı
səbəbsiz getdilər, kimləri ki, mən ailəm saydım
artıq intihar eləmişdin, yerimdə sən olsaydın
əvvəl sevgidən yazırdım, indi şeirim əsəbdən
əvvəl məni pis edən şeylərə indi sevinirəm hərdən
dəyişirəm əldən+əldə dolandıqca sevgi+məhəbbət
ürək elə hey deyir ki, “hər axşam+səhər içib zəhərlən”
özündən uzaqlaş bir az
kim qalacaq sənlə?
düşün, sənlə olan gün gələcək köz basacaq qəlbə
sonda unudulacaqsan, bircə hiss qalacaq səndə
ki, sev’məyə dəyməz heç kimi eşqin sanaraq həm də
heç kim səndən biri deyil, hər kəs özgədir
və illər ötüb keçdi, kül oldum altında közlərin
gözlərim yolunda qaldı, yox dəvası özləmin
ən çox özüm üçün darıxıram, inan, boşdur özgəsi
bəlkə bir+iki söz bəsimdi, görənə qədər kölgəsin
məni tərk edən kəslərin, dönməyə yoxmuş öhdəsi
vicdansız valideyn kimi. – özgə qapıya atar körpəsin
bu qədər kor ola bilməz insan ki, övladını görməsin
mən nə qəddarlıqlar gördüm, nə yalanlar gördüm
dost ölən vaxtı, vecsiz olub sağ olanlar gördüm
bir qıza görə artistlik edən nə oğlanlar gördüm
kiçik dərəyə rast gələndə dağ olanlar gördüm
heyif, bir az insafsızam, bir az mərhəmətsizəm
baş daşa dəymir, gəlmədən qəm dizə və fərsizəm
aydındır mən qədər sizə, tənhalıqlar, çünki bəzən
eşqi yaşamaq üçün bəs eləmirdi bir nəfər bizə
bu qədər yorulmazdı qələm hər kəsə xətt çəkə bilsə
birgə güldüyüm dostlarımla bir dərd çəkə bilsəm
özümdən uzaqlaşmaram, düzələrəm onda yol tapıb
nə yaxşılığım vardısa haram elədi köhnə dostlarım

[ verse 3 ]
ən başından səhv məndə idi, günah məndə
ağladığımı görməyənə gözüm gələr quraq əlbət
ruhuma ağrı verir, çoxdandır bu sual məndə
haqqımı niyə tapdaladı və niyə incidi sura məndən?
mən o qızı sənətçi eliyib əl işlərinə kömək edəcəkdim
içimdə kin yox idi, vallah təkcə kömək edəcəkdim
necə düşünə bilmişdi, bunları nəyəsə görə edəcəyimi
axı heç kimi yox idi, ona etməyib kimə edəcəkdim?
arada sevgi qırağa, halal zəhmətimi yerə vurdu
bilmədim 5 ay sonra məni egosuna kölə edəcəyini
məhşur olmaq istəyirdin, istədiyin yerdəsən
və bunun təşəkkürünü heç kimə yox mənə edəcəkdin
evinə pul qazanmaq üçün fağır qalmışdı aralarda
studiyaya gətirdim səni yığıb toyx+n+lardan
ki, qazan əlin+ayağın təmiz, axı nə işin var oralarda?
(nəysə)
arada keç buralardan
sənsiz keçir iyirmibeşlərim
unutdun “hər şey”in olan adamı saydın indi “heç nə”yin
ruhunu kinlə bəsləyib, məhv edə bildin hər şeyi
arada hörmət qaldı, gözlədin onun da itməyin
o vaxtkı kimi durğunuq hələ də, tənha çaylar kimiyik
qış günündə çıxan günəş, yayda yanvar kimiyik
bir vaxt aldığımız hər nəfəsdə bir yerdəyik
indi tamam yad insanlar kimiyik
xeyli günahkar idin deyə, mən sayırdım hər nazın eyib
ürək keçir həmin küçədən, ayaqlarım razı deyil
sevgi sanırdım intahası deyil, eşq ən azı heyif
yüzdən biri qalır sənlə “yanındayam”+ı hamısı deyir
baxışlarıma qəm çökür hərdən
ayaq izləri seçildi gözlərimdən nəm çəkiləndə
səni bircə gün görməyəndə, nə qədər çox darıxırdım
beş aydır danışmırıq, gör ki, indi nələr çəkirəm mən
bəlkə də bu həsrətimə əlacdı bir səs
hələ də yolunu gözləyir həyəcanla, təlaşlı bir kəs
nə vaxtsa keçər canımın ağrısı amma sağalmır hislər
bütün doğrularımızı öldürdü ən adi bir səhv
dama+dama gölməçə oldum, tüstüyə satıb gül iyini
aylardır közərdiyim sevgi ocağımızda kül idim
həmişə yanımda olduğunu düşündüyüm biri var idi
onun da son danışığı başqa cür idi
(heyif)
süzülür qəm sətirə
gördüyüm hər insafsızı nədənsə sənə bənzədirəm
çatdın axır məqsədinə, səni qəm, məni yadlar aldı
bu qədər yaxşılıqlar edib, pis biri kimi yadda qaldım
bir ümid çırağı sönürdü hər gün
içkinin təsiriylə başqa birinə dönürdüm hər gün
həminki adam ola bilmərəm artıq
sizin yaşadığınız şeirlərdə mən ölürdüm hər gün

[ nakarat]
məni boğur bu şəhər, bu insanlar
məni yorur bu şeir, bu misralar
gedirəm bir sabah qayıtmamaq ümidiylə
gedirəm, əlvida, əlvida, əlvida

məni boğur bu şəhər, bu insanlar
məni yorur bu şeir, bu misralar
gedirəm bir sabah qayıtmamaq ümidiylə
gedirəm, əlvida. əlvida, sevgiylə

(məni boğur bu şəhər, bu insanlar,)
(məni yorur bu şeir, bu misralar)
(gedirəm bir sabah…)
(qayıtmamaq ümidiylə)

(məni boğur bu şəhər, bu insanlar,)
(məni yorur bu şeir, bu misralar)
(gedirəm, əlvida)
(əlvida)
(sevgiylə)



Random Lyrics

HOT LYRICS

Loading...