azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause - şübhə lyrics

Loading...

skit:
özümdən yazmaq istədim, özümdən danışım bir az
görəsən hansı zəngin qəlb ölüb mən qalmışam miras?
ruhum əlil sevgi müharibəsində yox imtiyaz
hərkəsdə payızdırsa əgər, hansı ömürlərindir yaz?

verse1:
özümdən yazmaq istədim, özümdən danışım bir az
görəsən hansı zəngin qəlb ölüb mən qalmışam miras
ki, dolur sətirlər qəm ilə, hələ də ruhsuz eyni mən
yazıram sakitləşim… sən də sakitləş bir az

sürünür vərəqim üstdə ilham pərisi yaralıdır qanadı
danışır cəsarətlə ali birisi, san+adını yaradır
möhrümdə dörd imza + mən, emil, zaur, ağarzadır axır
heç kim qıra bilməz bu dörd qapını, qabağınıza baxın

biz həmişə bir olmuşuq, həqiqi bir, amma saxtalar da var
qaranlığın özüyük, soyuq, yox, amma şaxtalar daha
olsa səhv bizə, dirənəcək alnına avtomat naxadı
bitə bilməz dövrümüz heç cür, axır vaxta varmadan

yazacam iftixarla nəğmələrimi ki, könülə yatsın
bölməz əsla fətvamı bəndə qırsa da türbə qapısın
mən həmişə düz olmuşam ki, qoy, səhvi özləri tapsın
axı onlardan öyrənmişəm alçaqlıqların hamısın
onlar kimdi? aha, deməli, ətraf iki yerə bölünür
səni sən edənlər və səni sən kimi bəyənməyənlər
birinci tərəf okeydir, müəmma digərlərindədir ki
onlara görə özündən şübhələnməyə dəyərmi səncə?

açığı mən şübhəliydim, görəsən pis biriyəmmi?
hamı məni tək qoyub, yoxsa bunu mən özüm istəyirəmmi?
qarşımda mənə nifrətlə baxan birisi əyləşib
kin qusur üzümə gözümə. mən onu necə çox istəyirəm ki?!

əslində səhv elə özümüzdən başlayırdı
çün’ xoşbəxtliklər yox, kədərdir bizi ayıq saxlayan
dəyərsiz birinə dəyər vermək unikal situasiyadır ki
özümüzü rədd edib həyatı ölü kimi yaşayaq

ən başından səhv məndə idi, günah məndə
ağladığımı görməyənə gözüm gələr quraq əlbət
ruhuma ağrı verirdi, bir vaxt o sual məndə
cavabı dürüstlük imiş, misalı uzaq səndən

nələrdən keçdik, nələr itirdik gör nə üçün
bəzən yanlışlara yol tutdum düzdü bilmək üçün
bu qədər yaşanılmışlıqdan bir nəticəyə gəldim ki
bəzi insanlar hazır deyil, sevilmək üçün

baxmır heç xoş günlər üzümə belə
kədər əl çəkmədi ki, bir özümə gələm
danışım gülüşlərimdən, məni sevməyindən
hisslərində gizlənim mən



Random Lyrics

HOT LYRICS

Loading...