azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - 02 lyrics

Loading...

[bənd]
mənə gözəl şeirlər yaz
başqa qadınlar kimi aldanım sənə
mənsiz gecələr yaşadığın həsrəti unut
ağrısı qalmasın səhər

mənə nifrət elə ki, səni silmişəm
daha sevməyinə olmasın səbəb
mən sənlə ayrı dünyadaydım
o dünyanın da gəldi sonu bir təhər

nə qədər axmaqlıq etdim sənə
düşünmüşdüm ki, o bunu əfv edər
məğlub olacağımızı bilirdim
ən başından, sevgi oyunu bitəmədən

daha içdən yazmırsan
məni yazan qələmin də yoruldu sən qədər
saxla yasını, ölən eşq deyil
ölən sən özün idin sonuncu səhifədə

nədənsə bitmir dəli duyğuların
kəsilmir ardı arası zənglərin
məni heç sayıb, hər gələni eşq sandın
tale isə o gündən cüt atmır zərləri
ağlın yalan deyir, ürəyin düzləri danışır
qələmin isə əsəbindən seçə bilmir hərfləri
mənsiz bədbin, nəfəsin kəsilir, göz yaşların ağır, kəskin
gündüz+gecə bilmir sər+dərdin

get indi yoldaşının söykən qoluna
sən məndən öyrəndin nədir ayaqda möhkəm durmaq
bir dəyərin belə qalmayıb daha, ölsən də, olar
qayıtmaqçün gec, zərrə qədər öhdəm yox ona

yuxusuz gecələr hirslənib dəliyə dönsən nə olar?!
uzağı məni düşünərsən, kölgənə kölgəm toxunar
ona sevgiylə yanaş, ya da çıx get, ömürlük uzaqlaş
amma gizlətdiyin şək!llərimizi göstərmə ona…



Random Lyrics

HOT LYRICS

Loading...