azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - ekstaz lyrics

Loading...

[bənd]
adətən kimisə sevəndə çox sevirik olub təslimi
bəzən doğmalar çıxır gedir və yolun kəsmirik
bir gün xoşbəxtik qalan günlər onun tərsidir
və hər şey yoluna düşdüyü anda keçir otun təsiri

xoş günə gedən qayıqda azdırır külək yolumu
ayrılsaq da mən də gülürəm, güldüyünü biləndə onun
dolduqca bakal, dolur gözlərim, amma ürək dolmur
və bəzən tək ağlamaq kimləsə gülməkdən zordur

hmm… yadlaşıram şeirlərimlə
hər gün daha da ümidsiz və keçir heyiflə illər
səmimiyyət uzaqlaşır, addım addımın ardıyca
soyuq gecələr isə daha xoş isti səhərlərindən

bir badə şübhə yox, eşqlə tam dolmalıdır
hər şey yaxşı olacaq+la olmur, icraat olmalıdır
başa saldım ki, həmişə düzü deyib, üzü ağ olmalıdır
insan hər yalanı yeməməlidir, damaqda dad olmalıdır

atamla bir qocalırdım, yaşım hələ gənc ola+ola
yaşamaq istəmirdim, yalnızlığıma qərq ola+ola
deyirdi zirvəyə can atma, yamaclarında dolan
sən insanlığını qoru əsas, sonrasına nə olar+olar

… yazar qələm, kəlmə tükənməz
aynalar pərişan, əksim ilə hər görüşəndə
mən yenə məndən uzaq, qəliz, bircə sənlə mükəmməl
nədənsə hələ də can yanır, sətirdən sətirə düşəndə

ya bitib artıq həyat, ya insanlıq başlamayıb hələ
buralar cəhənnəmdi, xoş günlər qanlı səhifədə
birinə gülüş bəxş eliyən tale, başqa birinə qəm
verdikcə, hüznlü olacaq həyat şeirlər qədər



Random Lyrics

HOT LYRICS

Loading...