badclause music - eyni şeylər lyrics
[bənd 1]
mən həmənki yazan adam, sən həmənki şeir
münasibət çox dəyişibdir, daha əvvəlki deyil
illər ötsə də belə, hələ də məyus, yolumuz eyni
səndən özgə hər mübtədaya məchul oldu felim
ötüb keçdi geridə qalan 3 il
və yadıma düşdükcə darıxacaqdım
darıxırdım… halım acınacaqlı…
başa düşərsən yəqin məni, sənin də səbrin tükənib
sübhdən uzaq, nəfəs dərirmiş kimi dərirəm gecəni
məni yorur eyni həyat, sıxıcı, monoton
eyni gün, güzəran eyni, halım eyni, əhval eyni
hər gün ayrı ahı geyinsə belə ruhum
ehtişamı eyni dərdin
bitməz tükənməz, özümə yükəm mən
yazmadıqca yadırğasam da
hər dəfə məsum baxışlara görə səni bağışlasam da
ətrafımdan iyrənib, insanlardan iyrənib
otağıma qapansam da, çarəsi yox bəzi şeylərin
[nəqərat]
məni yada salmasan da, üzümə baxmasan da
dərdimi anlamasan da, bir oda yanmasaq da
gecələr qəhərlənib başqasıyçün ağlasan da
hamı getsə belə sonda yanında mən olacam
məni yada salmasan da, üzümə baxmasan da
dərdimi anlamasan da, bir oda yanmasaq da
gecələr qəhərlənib başqasıyçün ağlasan da
hamı getsə belə sonda yanında mən olacam
[bənd 2]
tanıdığım gündən eyni, səbrsiz və ərköyünsən
çox haqsızlıq elədin, susdum, təki sən gülümsə
hər dəfə yanıma gəlsən belə düşdüyün hər düyündə
ürək sözlərimi eşitmədin şəhərin səs+küyündən
səni bəzən səhv salıram içimdəki tənhalıqla
ikiniz də eyni, təklik və səssizlikdən ibarət
olümünə vurğunam sənə bütün səhvlərinin acığına
hətta alıb verdiyim nəfəs də sənə ithafən
nə vaxtsa məni anlamasan, ürəyinin səsini dinlə
bu günə kimi dərdim olmayıb sevmək, nə sevilmək
yanımda olmağın istədim, olsa da çətinliklə
məncə xoşbəxt olmaq üçün sənə bəs idim mən
artıq günlərim aydın deyil, nə gecəm xeyrə
dəqiqələr ötüb keçir, çoxalır məni üzən şeylər
nə qədər ölsə də yaşam sevincim, incitsən də məni
tək qalmaq istəsən belə, heç yerə gedən deyiləm
[nəqərat]
məni yada salmasan da, üzümə baxmasan da
dərdimi anlamasan da, bir oda yanmasaq da
gecələr qəhərlənib başqasıyçün ağlasan da
hamı getsə belə sonda yanında mən olacam
məni yada salmasan da, üzümə baxmasan da
dərdimi anlamasan da, bir oda yanmasaq da
gecələr qəhərlənib başqasıyçün ağlasan da
hamı getsə belə sonda yanında mən olacam
Random Lyrics
- lokisha - tuga lyrics
- gr€g - boy lyrics
- veysel & miksu / macloud - pelican fly lyrics
- ronisia - doucement lyrics
- brs kash - go lyrics
- charlie sloth - get it lyrics
- hrvy - hasta luego lyrics
- mehe demula - liquid lyrics
- lil keed - pass that blick* lyrics
- jojo siwa - santa claus is coming to town lyrics