azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - gecən xeyrə lyrics

Loading...

[bənd 1]
minnətim olmayıb heçvaxt, olub keçən xeyrə
sən özün istəsən də daha o yolla gedən deyiləm
işdir, birinci gün kimi ağlına gəlib eləsəm
mesaj yazma, boş ver, can, yuxun şirin, gecən xeyrə

denən, gəlib keçən nəyimə lazım axı?
ən aciz misraların bircə sənsən aidiyyatı
axı sənə dəyərli olmadı mirinin şeiriyyatı, elə buna görə
dinləmə daha, boş ver, can, yuxun şirin, gecən xeyrə

sən mənimçün ən gözəlsən gördüyüm gözəllərdən
bir gün yağışa dön və payız olanda düş əllərimə
bir dəfə cavab yazmasam inciyər küsər məndən
sən də yazma, boş ver, can, yuxun şirin, gecən xeyrə

birinci görüş yerinə gəldim, amma yox idin orda
biz özümüz ayrı istiqamətdə, kor idi yollar
öldürülən ümidi yolla, barışsa bəşər sonla
sən barışma, boş ver əşi, yuxun şirin, gecən xeyrə

tərk etmək öyrənəcəm, yoxluğunla dərs alsam
mən sənin yanında miri, qulaqcıqda badclause+am
nə vaxtsa getsə dostların, nə vaxtsa tək qalsan
yaz + “:( yuxun şirin, gecən xeyrə”

niyə biz itirdik axı qazanmışdıq əziyyət ilə?
gözlərin axırsa, bəs şairə şur gələndə neylər?
aşiqin şeiri gözəl, səninlə gələn təbiylə
dinlәmә, boş ver, can, yuxun şirin, gecən xeyrə

[bənd 2]
bəlkə də dinləməzsən istədiyin xoş avazdır
boşuna yazdım. həyatın yarısı dərdir, dəva bir yarısı
nə bilim, bəlkə də… bəlkə də xəyali yazdım
öpürəm səni, sevgili, yuxun şirin, gecən xeyrə

yaşamaq çətin olsa da, çox asandır ölmək sənçün
yuxuma gəlmə gözümə görsənməkçün, nazlı nigar
ağılsız olduğunu göstərməkçün sevgi və
hisslərimi də boş ver, get, yuxun şirin, gecən xeyrə

desələr, daha darıxma, çoxdan unudub həsrətini şəhər
desələr, nigaran olma, dərdi sevmir məsafələr
desələr, günəş gecədən inciyibdir, açılmır səhər
inanma, boş ver, yat, yuxun şirin, gecən xeyrə

yenə səni müqəddəs bilirəm, gələn əzabı nemət
lüzumu varsa əgər, qəlbinə məni müsafir eylə
əlvidayla bitən sevgi, səhər salam+ı neylər?
öz işidir, boş ver, can, yuxun şirin, gecən xeyrə

özgəsindən yox, elə pislik olsa yardan gəlsin
məndən şair olmadı, nə səndən ilham pərisi
elə bax buna görə də şeirlərə ehtiyac yoxdu
varsa belə boş ver can, yuxun şirin, gecən xeyrə

dedim ki, canına and ola, başqasına baxmamışam
dedi + “sən böyüməmisən heç, ağlın həmənki uşaq”
dedim ki, çox darıxmışam, getmə, qal danışaq
dedi ki, sağ ol, yatıram mən, yuxum gəlir, gecən xeyrə…



Random Lyrics

HOT LYRICS

Loading...