badclause music - monoloq lyrics
[bənd]
bu səfil dalınca qaçmır daha atıb yolun daşını
çoxdandır ki, kimləsə danışa bilmirdim ayıq başlı
içki yuxuma haram qatır, silmir ağıldakını
nədənsə önünə hər çıxan unutdurur yanındakını
sehirli dünyada mәhk+m olmuşdum, hisslәrim ovsun
bircə qızı sevmişəm indiyə kimi, o da rədd eləyib
çoxu məni pis adam kimi bilir, axmaq, görkəmi solğun
özü alkaşın biridi, gündə birini bədbəxt eliyir
mәnim yoxdur maraq dairәm, yoxdur sirdaşım
yoxdur vicdanım, insafım, yox nә hәyat, nә yoldaşım
әlindәn alıram әn gözәl qızların on yeddi yaşın
necә biri olduğumu bilәnlәrsә mәndәn uzaqlaşır
özüm öz yalanlarıma kor yanaşıram öz gözümdә
özümә qıraqdan baxanda diksinirәm gördüyümdәn
lәnәtә gәlmiş bu yaşam, mәni öldürür özlüyümdә
qaçıb getmәk istәyirәm, amma ki, evdә gözlәyirlәr
mәnasız baxışlarım, süzür otağın divarını
gözünә pәrdә asılmağın özü bir növ intihardır
xarici görkәm utancverici, danışığımsa biabır
mәn dostuma xainlik edib, bağlayıram kitabını
düz+әmәlli bir yaxınım yoxdur, gedә mәnlә axıracan
bir gün zirvәyә qalxacam, ondan sonra tәk olacam
sәnin yolunu gözlәyәcәm düz iyirmi üç yaşımacan
mәn o vaxta qәdәr unudaram, amma yadıma düşsә, darıxacam
daş düşә başıma, dәyib oyana kәm savadıyla
oynayırıq әn tәmiz qızların әdәb+әrkan, әxlaqıyla
oynayırıq incә hisslәriylә, oynayırıq hәyatıyla
bezәndә “alınmır” deyib, soxuruq “qismәt” adıyla
ömrün bu әhvalatıyla, elә bir dövrana düşdüm
yalanla doldu ətraf, o dəmdə depressiyaya düşdüm
itirdim olan qalan hər şeyimi və yollara düşdüm
həyatını itirən cavan, axtarırdı körpə gülüşünü
özümdən razı sanırdılar və haqlıydılar onlar
adam+insan içinə çıxa bilmirəm heç bu vid+fasonda
dörd barmaq uzaq mikrofondan, mahnının son hissəsi
ya çox qəşəng yazıram, ya da xoş gəlir özümə öz səsim
sonunda, qədrini bilə bilməmişdim həmin uşağın
ümid edirdi günəş çıxacaq, ertəsindən hər axşamın
hələ də gözüm arxada qalıb zirvədən aşağı
dinləməklə yetinə bilməyənlər özünü mənə oxşadır
Random Lyrics
- kimi carter - 23 lyrics
- beluga ryba - duży kwicik lyrics
- louie ray - spend lyrics
- lena kovačević - naše vreme lyrics
- marracash - detox / rehab lyrics
- dalí (fr) - lov lyrics
- u.zelz - ssid lyrics
- d. savage - nonsense lyrics
- severed tongues - artificial misery lyrics
- minilays - сжигаю мысли о тебе lyrics