azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - mövhumat lyrics

Loading...

[bənd]
hər şey mötərizə daxilindədir
hər şeyə sərhəd çəkib hisslərim
hər şey məhv olub, hər şey röyadır
(hər şey) hər şey qəlizləşib
yoxdur bir ünvan, yazım göndərim
danışım cavabsız dualarımdan
yoxdur bir haray verən, nə səs salan
bir qucaq dolusu suallarım var

bir doğmam var, yüz yada bərabər
bir dünyam var, nifrətim əhatə
tikanlı məftillərlə qoruyuram sevgimi ki
görə bilməsin hər afət
kor oldu gözlərim nəhayət
görə bilmirəm nə yaxşı, nə yamanı
mənalı olan hər şey sadələşib
indi isə cəfəngiyyatdır qalanı

yerə sərilmiş əllərimdə
göydələnlər ucaldı şeiriyyat adından
bu günün məcnunu eşq axtarır
amma qolu qandallıdır leyli yatağında
müasir düşüncə, qadın haqları
ədalət var və gizli saxlanır
tv+lərdə həqiqətlər realdır
və hər səhər+axşam eyni saatdadır

dünya gözəldir, bütün silahlar
sadəcə yaralayası standartdadır
heç kəs heç kəslə düşmən deyil
sevgilər xəyanətdən uzaqdadır
dost yoldaşa mətbəx bıçağıyla
xəsarət yetirmir, nə ər avrada
heyif ki, bunlar sadəcə xəyal gücüdür
hər şey yalan, hamısı saxtadır!

bizə bir ovuc torpaq verdilər ki
güllər əkin, təbiəti yaradın
amma biz o torpaqda qanlar töküb
ayaqlayıb, kirlə örtdük üstünü
bizə bir damcı su verdilər ki
həyat tapın onda, o cana dərmandır
onun da paklığını oğurlayıb
əlimizə hər keçəni atdıq üstünə

artıq torpaqda gül bitmir
artıq su belə içilməyəsi haldadır
hər şey çirkab içindədir
saf qala bilən qəlblərsə intihardadır
dünya yaşanılmaz əraziyə dönüb
qatillər axtarışda deyil artıq
körpələr ölür, ailələr yetim qalır
insanlarsa vədlərə inanmır

sadə mərhəmət lazımdır
sadə qəddarlıqlara göz yumulmasın
qoy millət küçələrdə qalsın
amma ölümlərə səbəb silahlar olmasın
bir azca sevgi hissi, bir az insaf
bir az da insanlıq qurtarar bizi
bəlkə də soyuqqanlı əsgərlər
döyüşməz heç, hətta yaralamaz dizin

hər şey öz əlimizdədir
əllərimiz bağlıdır, gözümüz kordur
qulaq kardır, danışacaq dil laldır
buna insanın elə özü səbəbkardır ki
bağlı qəfəsə öz ayaqlarıyla girib
və məqsədi tək zinət+vardır
geri dönəndə isə çox gec olur artıq
ömür balansında vəsait qalmır



Random Lyrics

HOT LYRICS

Loading...