badclause music - qaranlıq lyrics
[bənd: badclause]
inciyibdir mәndәn ayaqlarım
hәmişә qaçırdım elә sәhv tәrәfә vә yorulurdu bәdәn
seçimlәr etdikcә yoxa çıxırdı qәdir+qiymәtim
dostu itirib sonra geri qazanmaq olmur mәsәlәn
mәnә bağışla solumu, axı geri qayıtmaq olmur
ümidlәrini mәhv edәn uşaq indi ahıl vә yorğun
uğura tәrәf imәklә, amma ki, kimәsә tanıtma yolunu
atamın mәslәhәtidir + xoş günlәrә ayıq bax, oğlum
ayağım buz bağlayıb, әllәrim qırılıb
mәn qayğıya möhtac xәstәyәm, hәmdәmim qürurum
sәn yol çәkәn nәmli gözlәrim, külәk sәni qurudub
eşqi axtaran hisslәr nәdәnsә xәyallarımı yorur
indi kim anlar yuxumu? çünki bir vaxtlar sonumu
düşünәn әzizlәrim sanırdım ki, buraxmaz qolumu
görәn yaxınımdamı zәrafәt ya, uzaqlarmı kobud?
susuram indi, çünki düz danışmaq axmaqlıq olub
arada mәsafә saxlayanım içdә saxlamır kin
ortada qeybәt varsa әgәr әsla, qapını pusan yorulmaz
dostumun atası topumu cıran gündәn anladım ki
yaxın qonşu daha da qәddar ola bilirmiş uzaq qohumdan
yalanla yaşayan adam, hәqiqәtәn ölür
sevgi kimdә, kimdәdir kin? görür qәbahәti könül
kiminsә ruhu olsa divanә, ona viranәdir ömür
mәni qәmә qurban verin, amma son dәfә bir ailәmi görüm
[nəqərat: vaxo]
bu uşaqlıq bir anlıq
böyüdükcə yaranır bataqlıq
mama, çağır məni evə təzdən
axı çöldə düşübdür qaranlıq
bu uşaqlıq bir anlıq
böyüdükcə yaranır bataqlıq
mama, çağır məni evə təzdən
axı çöldə düşübdür qaranlıq
Random Lyrics
- vicarius rex - ya nastolko ploh lyrics
- st3mm - #fatbitchanthem lyrics
- kinder malo - calle progreso lyrics
- diz - victory lap lyrics
- armin van buuren & natalie giola - viva i'opera (extended mix) lyrics
- erik santos - biyaya ng pasko lyrics
- bella poarch - will you always love her? lyrics
- playboi carti - numb* lyrics
- imnotvrycreative - strangers diss lyrics
- davis daniel - picture me lyrics