azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - qatarlar lyrics

Loading...

[nəqərat]
gedirəm, gedirəm mən uzaqlara
gedirəm, gedirəm, məni saxlama
gedirəm, gedən qatarlara məni soraqlama

gedirəm, gedirəm mən uzaqlara
gedirəm, gedirəm, məni saxlama
gedirəm, gedən qatarlara məni soraqlama

[bənd 1]
mən unudulan insan, qəmsə ruhuma vicdan
sən ölümünə hicran, gəl, qüruruma iz sal
səhv olub hər icram, dərd olunca ilham
qəlb yoruldu və can, ən sonunda intihar…

gec oyandım, röyalarmı günahkar?
bilmirəm ki, yarım olan hisslər, ya bəndəmi nakam?
ümidsizliyin rəsminə dönürəm gündən+günə
…toxunma küllərimə

[keçid]
gedirəm özümdən belə
çıxıb sözündən yenə
gedirəm, üzümdən bir əl
əskilir, hüznlənirəm
gedib, əl üzüb gəlmirəm
vidalar düzmüşəm dilə
bir dərd düşüb qəlbimə
niyə dönmək istəmirəm?

[nəqərat]
gedirəm, gedirəm mən uzaqlara
gedirəm, gedirəm, məni saxlama
gedirəm, gedən qatarlara məni soraqlama

gedirəm, gedirəm mən uzaqlara
gedirəm, gedirəm, məni saxlama
gedirəm, gedən qatarlara məni soraqlama

[bənd 2]
günlər səfərbər, illər hədər, bütün intizarım bir nəğmədə
güllər səpərlər ilk pərdədən, tamaşaçılar, alqış boş səhnədə
yarım canlıyam hər baxışda bir hekayə görən şək!llər qədər
soyuqqanlıyam ən az xəstəni qəsdən öldürən həkimlər qədər

kimlər gələr, keçər dar ömür cığırdan uzaq gələcəyə qədər…
kimi itirib sahilin, aşiqdir dalğalara boğulub ölüncəyə qədər
kimini sevgi kor edib, vacibi yar + barmaqlara dəyən hər nöqtəyə qədər
kimlər qalacaq sənlə can verdiyin məqamda son dəqiqəyə qədər?

[keçid]
gedirəm özümdən belə
çıxıb sözündən yenə
gedirəm, üzümdən bir əl
əskilir, hüznlənirəm
gedib, əl üzüb gəlmirəm
vidalar düzmüşəm dilə
bir dərd düşüb qəlbimə
niyə dönmək istəmirəm?

[nəqərat]
gedirəm, gedirəm mən uzaqlara
gеdirəm, gedirəm, məni saxlama
gedirəm, gedən qatarlara məni soraqlama

gеdirəm, gedirəm mən uzaqlara
gedirəm, gedirəm, məni saxlama
gedirəm, gedən qatarlara məni soraqlama



Random Lyrics

HOT LYRICS

Loading...