azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - qızılgül lyrics

Loading...

[bənd 1]
әzizinәm, qürur yetmir
sәnin mәndә olmadığın gün ağrılar tutur yerini
mәnim sәni düşünüb yazdıqlarımı
sәn mәni düşünüb dinlәyirsәnsә, mәncә budur sevgi

dünənlər uşaqcasına, hər sabahda qocalır adam
şeirlərim həyatdır, şeirlə ucalır adam
məsafə çox uzaqdır, darıxıram mən uzatmadan
qorxuram ki, bir ömürlük əlin əlimdən uzaq qalar

hələ də inana bilmirəm ki, nifrətin içdən
gözlərinin içinə yaza bilərəm şeir, sən istə
mən qədəhlərdə tapıram səni, itirsən hərdən
gecələr yuxularıma gəlirsən, o da ki, itir səhərlər

yenidən yorular yollar, qaçmaz sənə ayaqlarım
körpə uşaq kimiyəm, iməkləyir sənə ayaqlarım
necə də xoş gəlirdi gecə danışdığın nağılların
sən səhrada bir səraba dön ki, gəlim ayaqyalın

[nəqərat]
sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
o qədər nazü+nemət içrə məndən usandı yar
sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
qollarından qovuldum mən, o səni necə qucaqlayar?
sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
o qədər nazü+nemət içrə məndən usandı yar
sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
qollarından qovuldum mən, o səni necə qucaqlayar?

[bənd 2]
məni axtarma, gəz sən onunla
elə bir kitabsan ki, oxumadan da əzbər olursan
eşq elə birşey ki, bir müddət sərsəm olursan
şeytan cənnətdən qovuldu, sənsə solumdan

qızılgül oldun mənsiz, saralıb+soldun mənsiz
eşqin dənizində sənsiz gəmilər yelkənsiz
üzümə gülmədi xatirələrimiz, yazmadım səni
şeirimə cənnəti qatdım, o da qaldı ilham pərisiz

[nəqərat]
sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
o qədər nazü+nemət içrə məndən usandı yar
sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
qollarından qovuldum mən, o səni necə qucaqlayar?

sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
o qədər nazü+nemət içrə məndən usandı yar
sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
qollarından qovuldum mən, o səni necə qucaqlayar?



Random Lyrics

HOT LYRICS

Loading...