badclause music - sui-qəsd lyrics
[bənd 1]
ibtidai sinifdә ön partada mәn + oxuyan uşaq
hәr sinif keçdikcә arxaya partaya yollanıb
altı kitab yazmışam, heç birin oxumamışam
hәr zaman baxışlarımda yaxınlarım yol alıb
yazılar hәqiqәtdir, hәqiqәtim gözümün әsәridir
sükutun әsdirdiyi külәyi görәn sözüm kәsәrmi?
bәlkә dә qәribә gәlir, amma bakını tanımazdım
əgәr köhnә sevgililәrimi evә qәdәr ötürmәsәydim
nәsihәt ibarәtdir nümunә vә dә misallardan
әhvalı pozmadım heç, gülәrdim әn pis hallarda
hәyat bizә namusdan danışır, özü qucaqlarda
mәnim sözüm küçәlәrә ithafdır, yoxdur kitablarda
yazılmayan çox şey var, vәrәqin sәbri çatmır
daha mәni vuran yoxdur, ürәk daşdır, mәrmi batmır
sadәcә lirika yazdım, bir az üstünә dәrdi qatdım
mәnim qәlәmim şeiriyyat, nitqim әdәbiyyatdır
[nəqərat]
dur…
ayaqda möhkәm dur
sәni vuran çox olacaq, sәn uca, o alçaq
inan ki, deyil tәk çarә hәyatdan qaçmaq
dur…
ayaqda möhkәm dur
sәni vuran çox olacaq, sәn uca, o alçaq
inan ki, deyil tәk çarә hәyatdan qaçmaq
[bənd 2]
on beşinci mәrtәbә, balkonda, görüş yeri intihardır
hәyəcandan әsir bәdәn, yaddaşı belә silindi artıq
o özünü tәrk elәsә, rahat olacaq + birinci qanun
zümrüdü hisslәrdәn sonra geriyә bir inci qalmır
sәnәtimә dәyәr vardı, tәhqir ya da söyüş gәlmir
hәvәslә yazırdım, işlәr yolunda olmalıydı
olanlar olub keçib, hәyatda әn böyük sәhvim
dәyәrsiz insanları adam yerinә qoymaq idi
әzrail baş üstümdә dayanıb, hәlә minnәt qoyur
deyir, mәn sәni öldürmәyçün dәrә+tәpә aşıb gәlmişәm
xoşbәxtlik hәyatıma qonaq olacaq, sevinәcәkdim axı
son bir addımında dedi, bağışla, çaşıb gәlmişәm
ciddi bir sәbәb yoxdur özümü kimә sevdirәcәk
bәzi qızlar var, sevmir, ölür öpüşmәk üçün
dedilәr qәhrәman ol, hamı sәni әzbәr bilәcәk
yüzlәrlә qәlb öldürdüm tarixә düşmәk üçün
[nəqərat]
dur…
ayaqda möhkәm dur
sәni vuran çox olacaq, sәn uca, o alçaq
inan ki, deyil tәk çarә hәyatdan qaçmaq
dur…
ayaqda möhkәm dur
sәni vuran çox olacaq, sәn uca, o alçaq
inan ki, deyil tәk çarә hәyatdan qaçmaq
Random Lyrics
- davinep - laura lyrics
- marcelo d2 - castelo de um quarto só lyrics
- sulga - #sanagorebiridegilim lyrics
- sseasonal! - really? lyrics
- monnallisa! - furiosa! lyrics
- rolo runs the city - game over lyrics
- cardenales de nuevo león - flor de capomo lyrics
- yungtvnk - cliche lyrics
- octavio cuadras - te quiero (en vivo) lyrics
- kaiemanatouch - this is my creed lyrics