
brilliant dadaşova - dedin, gələcəyəm lyrics
[bənd 1]
dedin gələcəyəm, gözlədim səni
gəlmədin, yolundan dönə bilmədim
dedin gələcəyəm, gözlədim səni
gəlmədin, yolundan dönə bilmədim
şam kimi əritdi səhər gecəni
mən sönmək istədim, sönə bilmədim
şam kimi əritdi səhər gecəni
mən sönmək istədim, sönə bilmədim
[nəqərat]
üfüqdən üfüqə uzandı yollar
bağladı dilimi dilsiz suallar
üfüqdən üfüqə uzandı yollar
bağladı dilimi dilsiz suallar
dilsiz suallar…
axı neyləmişdim? sevimli dildar
bu zülmü çəkdirir mənə, bilmədim
axı neyləmişdim? sevimli dildar
bu zülmü çəkdirir mənə, bilmədim
[bənd 2]
sevda dolu bağrım söküldü çin+çin
ümidim bir oldu, şübhələrim min
sevda dolu bağrım söküldü çin+çin
ümidim bir oldu, şübhələrim min
get+gedə od tutan dilbilməz eşqin
qarlı zirvəsindən enə bilmədim
get+gedə od tutan dilbilməz eşqin
qarlı zirvəsindən enə bilmədim
[nəqərat]
üfüqdən üfüqə uzandı yollar
bağladı dilimi dilsiz suallar
üfüqdən üfüqə uzandı yollar
bağladı dilimi dilsiz suallar
dilsiz suallar…
axı neyləmişdim? sevimli dildar
bu zülmü çəkdirir mənə, bilmədim
axı neyləmişdim? sevimli dildar
bu zülmü çəkdirir mənə, bilmədim
bu zülmü çəkdirir mənə, bilmədim
Random Lyrics
- crayon (usa) - erased lyrics
- mike d'ancona - dans mijn liefste dans lyrics
- patterns make sunrise - quilceda creek (demo) lyrics
- sqwoz1 - lov-love lyrics
- solo cadaver - hierba mala lyrics
- selmon - deine mama lyrics
- xelishurt - iliketomoveit lyrics
- averly morillo - estoy convencido (en vivo) lyrics
- lil avocado - silhouette that fades lyrics
- joey valence & brae - intermission 2 lyrics