![azlyrics.biz](https://azlyrics.biz/assets/logo.png)
brilliant dadaşova - göyərçin məktubu lyrics
[bənd 1]
sənə sözlərimin ən gözəlini
nədən deməmişəm bu vaxta qədər?
bir əlim səndədir, biri qapıda
ürəyim saxlayar, ayağım gedər
bir əlim səndədir, biri qapıda
ürəyim saxlayar, ürəyim saxlayar
ayağım gedər, ayağım gedər
[nəqərat]
sənsə taleyimin nadinc uşağı
dünən qapımızı döyüb qaçmısan
göyərçin gözləyən məktublarımı
havadan qoparıb, alıb açmısan
sənsə taleyimin nadinc uşağı
dünən qapımızı döyüb qaçmısan
göyərçin gözləyən məktublarımı
havadan qoparıb, alıb açmısan
[bənd 2]
axtarma uzaqda o göyərçini
hər gün lələyindən arzu toxuyur
hələ yazmadığım məktubları da
məndən icazəsiz sənə oxuyur
hələ yazmadığım məktubları da
məndən icazəsiz, məndən icasəsiz
sənə oxuyur, sənə oxuyur
[nəqərat]
sənsə taleyimin nadinc uşağı
dünən qapımızı döyüb qaçmısan
göyərçin gözləyən məktublarımı
havadan qoparıb, alıb açmısan
sənsə taleyimin nadinc uşağı
dünən qapımızı döyüb qaçmısan
göyərçin gözləyən məktublarımı
havadan qoparıb, alıb açmısan
havadan qoparıb, alıb açmısan
alıb açmısan
Random Lyrics
- suave lee - 12gauge! lyrics
- icielani - velvet vibes lyrics
- chicasss - la antorcha lyrics
- pick on the top - charismatic lyrics
- balancing the different - white lyrics
- paso nivel - diciembre atrás lyrics
- selfmxdebless - big wave lyrics
- giogio (carefree) - i don't die lyrics
- lambrini girls - boys in the band lyrics
- halcali - フワフワ・ブランニュー(fuwa fuwa brand new - fluffy and brand new) lyrics