azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

brilliant dadaşova - vaqifim lyrics

Loading...

[bənd 1]
ürəyimdən keçən ən şirin nəğmə sənsən
həm şirin dilimsən, həm vuran ürəyimsən
bizim bu gözəl ailənin ilk oğul nəvəsi
gəlişinlə bizə sevinc gətirmisən

böyüyüb ucal sən, arzuların çoxalsın
o gülən gözlərin qəm+qüssə tanımasın
bizim zəfər ilində dünyaya göz açdın sən
qələbə ömrünə uğur bağışlasın

[nəqərat]
vaqifim, günəşdir gülüşün sənin
vaqifim, şirindir səsin, nəfəsin
vaqifim, sevincimdir gülən gözlərin
gözəl oğlum, uğurlu olsun illərin

vaqifim, həyatdır varlığın sənin
vaqifim, ümiddir xoş qədəmlərin
vaqifim, çox olsun gözəl əməllərin
mənim oğlum, uğurlu olsun illərin

[bənd 2]
babanın adaşı, ailənin ümid yeri
bir gözəl nəslin davamçısı, diləyi
adın və soyadın qoy müjdələrlə səslənsin
səni xoşbəxt görməkdir bircə istəyim
sən bizim nağılımız, şəkərimiz, noğulumuz
sən bizə güc verən sabahımız, yolumuz
polad biləkli igid, mərd, güvənli olasan
bütün istəklərin çin olsun, oğlumuz

[nəqərat]
vaqifim, günəşdir gülüşün sənin
vaqifim, şirindir səsin, nəfəsin
vaqifim, sevincimdir gülən gözlərin
gözəl oğlum, uğurlu olsun illərin

vaqifim, həyatdır varlığın sənin
vaqifim, ümiddir xoş qədəmlərin
vaqifim, çox olsun gözəl əməllərin
mənim oğlum, uğurlu olsun illərin

vaqifim, günəşdir gülüşün sənin
vaqifim, şirindir səsin, nəfəsin
vaqifim, sevincimdir gülən gözlərin
gözəl oğlum, uğurlu olsun illərin

vaqifim, həyatdır varlığın sənin
vaqifim, ümiddir xoş qədəmlərin
vaqifim, çox olsun gözəl əməllərin
mənim oğlum, uğurlu olsun illərin



Random Lyrics

HOT LYRICS

Loading...