azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

brilliant dadaşova - xəzər lyrics

Loading...

[bənd 1]
xəzər maviliyi taleh rəngimdir
ən yüksək göydələn xəzərdir mənə
xəzər dəryaçası baş çələngimdir
ən yaxın sirdaşım xəzərdir yenə

xəzər dəryaçası baş çələngimdir
xəzər maviliyi taleh rəngimdir
ən yüksək göydələn xəzərdir mənə
ən yaxın sirdaşım xəzərdir yenə

[nəqərat]
yaman ilqarlıdır
yaman, yaman vüqarlıdır
sanki əyilməyən
qocaman dağdır

sular kəhkəşanı
mavi, sonsuz bir ümmandır
bəlkə ən yaxın dostu
mənəm, bir də vüqardır

[bənd 2]
xəzərtək söhbətim heç kimlə tutmur
ilhamı, eşqimi ondan alıram
böyük qardaşımdır, məni unutmur
xəyala onunla birgə dalıram
xəzərtək söhbətim heç kimlə tutmur
ilhamı, eşqimi ondan alıram
böyük qardaşımdır, məni unutmur
xəyala onunla birgə dalıram

[nəqərat]
xəzər ilqarlıdır
yaman, yaman vüqarlıdır
sanki əyilməyən
qocaman dağdır

sular kəhkəşanı
mavi, sonsuz bir ümmandır
bəlkə ən yaxın dostu
mənəm, bir də vüqardır

xəzər ilqarlıdır
xəzər, xəzər vüqarlıdır
sanki əyilməyən
qocaman dağdır

sular kəhkəşanı
mavi, sonsuz bir ümmandır
bəlkə ən yaxın dostu
mənəm, bir də vüqardır
[çıxış]
hey+hey+ey+ey+ey
hey+ey+ey



Random Lyrics

HOT LYRICS

Loading...