buzz (aze) - qoca lyrics
[nəqərat]
beynim, köhnə tozlu boğça
sözlər, fikirlər heca
qürurum qarlı dağdan da uca
qalxıb zirvəyə uçar
ölüm açılsa qucaq+qucaq
demək, olmuşam qaçaq
ruhum dünyadan da qoçaq
mənim ruhum dünyadan da qoca
beynim, köhnə tozlu boğça
sözlər, fikirlər heca
qürurum qarlı dağdan da uca
qalxıb zirvəyə uçar
ölüm açılsa qucaq+qucaq
demək, olmuşam qaçaq
ruhum dünyadan da qoçaq
mənim ruhum dünyadan da qoca
[bənd 1]
görmədiklərini mən məhz görmüşəm
həm acı görmüşəm, həm həzz görmüşəm
uzaq görmüşəm, mərkəz görmüşəm
danışan meyvə+tərəvəz görmüşəm
(bir, iki, üç)
çox adam insan ola bilərdi
hər cürə imkan ola bilərdi
‘’чушка’’lar şəhərdə basmasaydı
kasıb da zadəgan ola bilərdi
neçə ulduzu sönən istedad
neçə yaxından da yaxın yad
yazıb sildiyim neçə dənə ad
pisliyimi istəyən neçə dənə ‘’гад’’
görmüşəm mizraba söz toxunduqca
gözlərin dolduğu dövrdənəm
imza yox, ağızdan çıxan sözlərin
zamin olduğu dövrdənəm
kişinin kişini ‘’постель’’də yox
döyüşdə yorduğu dövrdənəm
hər şey düz olan dövrdənəm
elə bil ki buz olan dövrdənəm
məhbus iki yüz illiyə
məxsus olmuşam dözümlüyə
ələlxüsus, olmuşam düz deyən
əfsus az olub istəyən
məsumu dələduz səsləyər
məzluma çevirmək istəyər
məzmunu çevirib dərsliyə
məzun olmadım bəs niyə?
[nəqərat]
beynim köhnə, tozlu boğça
sözlər, fikirlər heca
qürurum qarlı dağdan da uca
qalxıb zirvəyə uçar
ölüm açılsa qucaq+qucaq
demək, olmuşam qaçaq
ruhum dünyadan da qoçaq
mənim ruhum dünyadan da qoca
beynim köhnə, tozlu boğça
sözlər, fikirlər heca
qürurum qarlı dağdan da uca
qalxıb zirvəyə uçar
ölüm açılsa qucaq+qucaq
demək, olmuşam qaçaq
ruhum dünyadan da qoçaq
mənim ruhum dünyadan da qoca
[bənd 2]
dəyişib xənanın rəngi
dəyişib səmanın rəngi
dəyişib zamanın ahəngi
pişik qovur pələngi
nə qədər dedilər: ‘’dəyiş’’ (dəyiş)
belə qaldım, dəyişmədim (yox)
sağım+solum dəyişdi (çox)
mənim yolum dəyişmədi
dedilər: ‘’imkan olacaq geniş’’
eləsən bəndəyə sitayiş
dedilər: ‘’var hər işdə bir iş’’
amma etmədim giriş
çürük vicdan irinləşdi
üzə vurdu üz çirkinləşdi
sümük torpağa öyrəşdi
mən insanlara öyrəşmədim
Random Lyrics
- najoua belyzel - ton guerrier massaï lyrics
- khantrast - overthinking lyrics
- tommyinnit - i'm just tom lyrics
- hyjak - the future goes by lyrics
- kishin - 304 lyrics
- ariana grande - let my hair down lyrics
- reptilian god mana - down lyrics
- browny (aus) - heaven & hell lyrics
- serena lin coco - forever dead lyrics
- stephen james smith - no other words lyrics