buzz (aze) - yox deməyi bacar lyrics
[giriş]
günəş mənə görünür ay kimi
həyat yox, o mənə pay kimi
[nəqərat]
yox, yox, yox, yox deməyi bacar
getməsə bazar, onda yox deməyi bacar
dost ayaqaltı qazar, yox deməyi bacar
tapan kimi macal yox deməyi bacar
yox, yox, yox, yox deməyi bacar
getməsə bazar, onda yox deməyi bacar
dost ayaqaltı qazar, yox deməyi bacar
tapan kimi macal, yox deməyi bacar
[bənd 1]
öz əlimizdədir bizim həyatımız
var ağlımız, bir də həya+abrımız
narkotik təkdir, ona qarşı hamımız
ruhumuzu zəhərləməsin ağız tamımız
de mənə, kim istəyər onu qara bassın?
bütün, bütün, bütün bədənini yara bassın
ağı qaraya, qaranı ağa qatsın
ata, ana, qohum görəndə utanıb qaçsın
bir dəfəylə heçnə olmaz
amma bir dəfəylə ola bilərsən heç nə
damarında axan qanın bir də dolmaz
ona görə zir+zibili qatma içinə
inandım hər yada
dartdı+boğdu məni heroin olan dəryada
hər şey mümkün hər mənada
səssizliyin belə səsi olan dünyada
[keçid]
günəş mənə görünür ay kimi
həyat yox, o mənə pay kimi
bəndənin çoxalır bəlkəsi, lakini
olan kimi o dünyanın sakini
günəş mənə görünür ay kimi
həyat yox, o mənə pay kimi
bəndənin çoxalır bəlkəsi, lakini
olan kimi o dünyanın sakini
[nəqərat]
yox, yox, yox, yox deməyi bacar
getməsə bazar, onda yox deməyi bacar
dost ayaqaltı qazar, yox deməyi bacar
tapan kimi macal yox deməyi bacar
yox, yox, yox, yox deməyi bacar
getməsə bazar, onda yox deməyi bacar
dost ayaqaltı qazar, yox deməyi bacar
tapan kimi macal yox deməyi bacar
[bənd 2]
əvvəl ölüm bizi tapırdı raketlərlə
indi ölüm bizim cibimizdə paketlərdə
uzaq düşmüşük toy, bir də banketlərdən
küçədə key olub seçilmirik maketlərdən
axı deyil bəhməz, vallah, dəyməz, tüpür
deyil tərəvəz, ya da meyvə, tütün
deyib əyilməz, əyilib, əzilib bütün
kim də boyun əyməz, iradəsi üstün
özünü qəbrə qoy, ya elə götür+qoy
kələ+kötür yol ilə az özünü yor
allah verib can, allah verib boy
az cibini soy, az dərini soy
dost eləyir nişan, qohum eləyir toy
boşdur nə vaxtsa başda ot+rduğun stol
ya məhv ol, ya da ki, ol
ya yanıb kül ol, at vərdişi, atma kilo
[keçid]
günəş mənə görünür ay kimi
həyat yox, o mənə pay kimi
bəndənin çoxalır bəlkəsi, lakini
olan kimi o dünyanın sakini
[nəqərat]
yox, yox, yox, yox deməyi bacar
getməsə bazar, onda yox deməyi bacar
dost ayaqaltı qazar, yox deməyi bacar
tapan kimi macal yox deməyi bacar
yox, yox, yox, yox deməyi bacar
getməsə bazar, onda yox deməyi bacar
dost ayaqaltı qazar, yox deməyi bacar
tapan kimi macal yox deməyi bacar
[çıxış]
günəş mənə görünür ay kimi
həyat yox, o mənə pay kimi
Random Lyrics
- organize & saitan (tr) - pavyona götür lyrics
- the bluegrass album band - big spike hammer lyrics
- lilbubblegum - rickys lyrics
- tom d - hit a lick ! (bonus track) lyrics
- legacy nashville - rip the roof off (feat. brian nhira) [full version] lyrics
- gp. (ghost parade) - daffy duck lyrics
- jeff buckley - je n’en connais pas la fin (live à l’ olympia 1995) lyrics
- paul sinha - sexy lyrics
- youngboy never broke again - loaded now lyrics
- gilbert o'sullivan - at the end of the day lyrics