azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

cəza 22 - küçə formatında lyrics

Loading...

[verse 1]
bəşəriyyətin niyyəti dəyişib
nöşün və niyə’di bu cəmiyyəti dəyişib
hər işin bir xeyri var imiş – deyirik
amma gedişat you dar imiş
beynim sual xəzinəsi ,geyinib qara qumaş
dəfinə xəritəsi və indi xəritə sirr doludu qana bulaşıb
yaxşı yamana dolaşıb verir qeyri+yaraşıq
çal aşıq ,çal aşıq – deyə çabalamışıq
çalışıb+vuruşub bir yerdə dayanmışıq
gəncliyimiz gələcəyimizdir – deyə böyüdüm 20 il
gələcək də köpəklərin əlində deyilmidir?
deputat ol ,kitab oxu və elmi bil ,əşi nəyimədir?!
biz rap yazdığımız masa da dəyirmidir
cəlladxanaya çevrilib doğum evləri
ağxalatlı qatillər edir istəyəni kefləri
günahkar bizik ,hə! qınayın repləri!
həqiqət heç kimə gərək deyil,onu həlak etməliyik
rap sənəti bir ucudu birəbir bir ucuz bir ipin
“çerez” bluetooth yayılır track,elə bil donuz qripi
tutur rəqib xoruzları tripid,özuvəxas yeri bil!
rap’i yerin dibinə yeridirik…

[chorus x 2]
burda zaman dayanıb,hər şey boz rəngə boyanıb
zəif məhv olur və yaşayır yalnız oyanıq
tapdalanır haqq və yanır qeyri+normasında
mənim həyat tərzim budur,məhz küçə formatında
[verse 2]
boş düşüncələr dalınca qaçan uşaqlar acından ölür və olur yarımcan
yarımçıq təhsilin sona çatınca başını at,balam,balınca
yat! diplom alınca küçədə ya bibər satarsan,ya da badımcan
hamı firavan güzaran istəyir
üstəlik müstəqil hissləri gizləyir
pisi sevib yaxşını pisləyir,yaxşıya “pis” deyir
və bir silah ya pistolet gərəydi ki yetə yerinə bir istəyi
və biz həbsdəyik…
bu şəhərdə cinayət törətmək asandı
və sanma ki paqon’lu itlər bundan pul qazanmır!
qaz vur,gör dolan qazandır,yoxsa ki sandıq?!
xəyal qurduğun həyat tərzin küçəyə uzanmır,problem azalmır
gərçi “xəbərçi”də gördüyün kimi deyil heç də heç bir şey
bütün bunları biz küçə məktəbindən keçmişik
seç bir şеyi sən də unudub keçmişi
çün evdən küçəyə düşən uşaqlar sonra küçədə gec bişir
bir bildiyin varsa çəkinmə,gəl ortaya qoyaq!
mübahisə еdib niyə dördayaq olaq?!
küçə korlayar o ağ vərəq misal insanlari,korlanar onlar
küçə sənin də həyatıvı boz rəngə boyar

[chorus x 2]
burda zaman dayanıb,hər şey boz rəngə boyanıb
zəif məhv olur və yaşayır yalnız oyanıq
tapdalanır haqq və yanır qeyri+normasında
mənim həyat tərzim budur,məhz küçə formatında



Random Lyrics

HOT LYRICS

Loading...