
camal qurbanov - yağış yuyur, gün qurudur lyrics
[bənd 1]
bu yerləri, bu göyləri
yağış yuyur, gün qurudur
bu dünyada çox şeyləri
yağış yuyur, gün qurudur
gözümüzün yaşını da
bağrımızın başını da
qəbrimizin daşını da
yağış yuyur, gün qurudur
[nəqərat]
gələn nədir, gedən nədir?
bələk nədir, kəfən nədir?
bu dünya öz kefindədir
yağış yuyur, gün qurudur
gələn nədir, gedən nədir?
bələk nədir, kəfən nədir?
bu dünya öz kefindədir
yağış yuyur, gün qurudur
[bənd 2]
ulduzların tozunu da
lap günəşin özünü də
lap yağışın özünü də
yağış yuyur, gün qurudur
[nəqərat]
gələn nədir, gedən nədir?
bələk nədir, kəfən nədir?
bu dünya öz kefindədir
yağış yuyur, gün qurudur
gələn nədir, gedən nədir?
bələk nədir, kəfən nədir?
bu dünya öz kefindədir
yağış yuyur, gün qurudur
yağış yuyur, gün qurudur
yağış yuyur, gün qurudur
Random Lyrics
- jovanović - čuvam ovce - duet radulović lyrics
- 富樫美鈴 (misuzu togashi) - fly away lyrics
- manicure - ночь (night) lyrics
- dragon pony - 이타심 (to. nosy boy) lyrics
- bonus disc - last call / closing remarks lyrics
- m.anifest - gye nyame and vibes lyrics
- saheb - 01.koohestan lyrics
- gavrilina - power lyrics
- ralfy the plug & ketchy the great - play with a p lyrics
- narkoz - galebe lyrics