chingiz - qürbət lyrics
[verse 1]
vətənimdən uzaqda, dost tanışdan kənarda
yaşamaq deyilki, qardaş
vardır hər bir imkanım, hər istədiyim malım
bilməzdim, təndirə möhtac qalım
vətənimdən uzaqda, qulağım hey soraqda
yaşamaq çətindi, qardaş
qürbətdə olan zaman, tarın, kamanın səsi
eşidəndə doldurur gözləri
bu gün kimi yadımdadı
məhləmizdə qonşularımız
birimiz dara düşəndə o biri kömək edərdi
günümüz belə keçərdi
[chorus]
darıxır ürəyim, ah uşaqlıq illərim
necə qayğısız idi o günlərim
darıxır ürəyim, ah məktəb illərim
necə də sevgi dolu idi o günlərim
[verse 2]
vətənimdən uzaqda, doğmalardan kənarda
yaşamaq qəlizdi, qardaş
zəng edib yazışsamda, görüntülü danışsamda
ay anacan, qoxun çatmır həyatımda
vətənimdən uzaqda, haralarda olursa
istilik görmədim oralarda
qürbətdə yaşayandan, itib ağzımın dadı
yoxdu burda anamın dolması
bu gün kimi yadımdadı
yığışardıq bayramları
burda o günlər indi sadəcə bir xəyaldı
qəribçilik nə yamandı
[chorus]
darıxır ürəyim, ah uşaqlıq illərim
necə qayğısız idi o günlərim
darıxır ürəyim, ah məktəb illərim
necə də sevgi dolu idi o günlərim
Random Lyrics
- هاني شاكر - ana albi leek - أنا قلبي ليك - hany shaker lyrics
- haley johnsen - my brother lyrics
- green was greener - scars lyrics
- los campesinos! - when christmas comes (boxing day version) lyrics
- promatic - feels good lyrics
- liv sin - synthetic generation lyrics
- asm keeno - alright lyrics
- kidd kenn - feelin so good lyrics
- love/hate - mary jane (remastered) lyrics
- swish fifty - yellowcard lyrics