çinarə məlikzadə - mən istədim lyrics
nəqarət
mən istədim, səndən ayrı qalım
alınmır, əzizim, alınmır
mən istədim, bizdən uzaq qalım
alınmır, əzizim, alınmır…
bənd
pəncərədə ötür illər, mən həmin fəsildəyəm
hər ötən gün sənsiz keçən zülmətin içindəyəm
nə olardı, qayıdardıq o dəyərli günlərə?
ürəyim qaçır sənə, bir səs var, deyir mənə
olmaz artıq bizdən nəsə
biz sənlə qopduq ürəkdən
unutmuşam təbəssümün
ətrin qaçıbdır beynimdən
nə olardı, qayıtsaydıq o gözəl günlərə?
ürəyim qaçır sənə, bir səs var, deyir mənə
nəqarət
mən istədim, səndən ayrı qalım
alınmır, əzizim, alınmır
mən istədim, bizdən uzaq qalım
alınmır, əzizim, alınmır…
bənd
pəncərədə ötür illər, mən həmin fəsildəyəm
görəsən nə qədər cəzam qalıb çəkilməyən?
cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki…
görəsən hansı söz qalıb deyilməyən?
bütün şeirlərimi döndərdim əlvidaya
bircə sənə dodağım heç vaxt tərpənmədi
bütün doğmalardan qaçmışam qaranlığa
bircə gözlərindən heç vaxt gizlənmədim
nəqarət
mən istədim , səndən ayrı qalım
alınmır əzizim, alınmır
mən istədim, bizdən uzaq qalım
alınmır əzizim, alınmır…
uzaq qalım
alınmır əzizim, alınmır…
mən istədim , bizdən ayrı qalım
alınmır əzizim
alınmır əzizim
Random Lyrics
- nine vicious - interlude lyrics
- hardo - got it all together lyrics
- anyone/cualkiera - no me canso lyrics
- ippo.tsk - seeyalater stratocaster lyrics
- armin van buuren & natalie giola - viva l'opera lyrics
- the twins (synth) - i fell for you lyrics
- keesha - say you'll be around lyrics
- whiterozzz - дай мне любовь [give me love] lyrics
- edgardo nuñez - que chulada (en vivo) lyrics
- uglyboy (rus) - exxx lyrics