azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

crody - həcv lyrics

Loading...

sözlər:
qəhvəyi ilə sarı rəng qarışımı, cappuccino saçlı barista
ilk gördüyüm anda, qarın hissəmdə sancı, atdı ballistik raket pakistan
autistik mal, key ofisant alıb, mistik anket asistant`dan

kosmik agent talisman, artistsən? yerə gəl “ay ismayıl!”
s+d+stik hərəkət doggystle, üstündə parter олимпийский борец дагестанa
o mafia, crody komisar, yəni o putin mən berezovsky boris`am
ürək ona tərəf qaçan şahbaz, beyinin içindəki “dərviş partladır parisi” bam!

bitir m+st+rbasiya, həvəs ölür
zehni hallüsinasiya tələsində dövr edir, zamanın amansız kəskin bıçağı etməsin amputasiya götünü
bundan ziyadə, kəm zehnin şövqünə zidd sivilizasiya qövmünün
kökünü kəsdim, ataraq antiteroru ortaya

zənn etdi, yenilikçilərin dağıtmağa cəhd etdiyi, dar içəri şəhərini qoruyan arxitektor oktayam
arxiv retro video material tək fondda, bağırtılı səs və
onurğa sütununu qəsdən əzib, ahəstə bəstə təsirində qəsddə

hər nəfəs dərib, aldıqda həzz ilə, pıçıldadı zaur tələsmə!
pərakəndə yeridib vəznə, röyada vəslə yetsə belə
reallığın acı tərəfində, yetim nəvənə sahib çıx, məsimə!

nəfsin sürüklədiyi bataqlıqda, boğulmağa razı qərib tək, çəkildik qeybə
tək istəyi doyuzdurulmaq idi, ac olan beyrəy`in
yoxdu meyvəm, məkirli alp aruz`am, qara keçə, qara qovurma, qara xeymə
bir misraya bənddir karifeylər
nə şeirlər, nə qəzəllər, əzəldən qısa beytlər
fəqət böyükdü zurna qavalı mehman`ının, bu dəfə kərim girdi araya, aldı qanın qabağın
xatırladır ”nar bağın”, çardağın içində həll edib, sonra aradan çıxmağı

özün gözə soxur, az qala ibiş kimi ortaya düşüb, göyçəkdi deyib harınlamağım
ilan qabığın soyduğu kimi soyunur, “qaçaq nəbi”, “atları yəhərləyin”, ”qanlı zəmi”
gözdə böyütdün, məcburi hörmət etməlisən, sən ağamirzə, o ağasəlim

sazı əlimə aldım oynadı nazənin, simlərə toxundum zərif, oxudu “aşıq qərib”
səslədi “arşın mal alan əsgəri”, aşırımı dəlib keçəcək şəhvət törətdi “gecə qatarında qətl”

nəticə? “əzablı yollar” keçdikdən sonra, gəlir tədricən
sən illərlə, ora daxil olmağı düşünən əmir tеymur, o əlincə
zənnincə, xədicə`nin, toksik münasibətinin zəhərini sovuracaq “qaraca qız”
piri baba tək, biri çıxıb demir, yoxdu qanacağınız?

vücud buğdayı, əlini çək, çəkilən xətt`dən, yoxdu o tayı, bu tayı səviyyəsiz
biz mehriban ailiəyik musiqisi qədər, səmimiyyətsiz
çıx eyvana, var şirbalanın hədiyyəsi, bəri bax!

sеçimi et, onunla cihada qurban gedən ərəb və ya qanını içən “babək”
lal, dinməz, sadə, təkcə iyrənc sevişmə zamanı edir özünü ifadə
idarə etmək niyyəti ilə, namizəd kimi söz verdi rifahıma vəd

inanmıram və qan qırmızı əsgi parçasını ötürür, edirəm sovet ittifaqına rədd
ixtilaflar hədd səviyyədə sərt
bu soxa – soxda, vahiddən fərqli olaraq, edirəm soxa + soxla möcüzə, ixtiralar dəf



Random Lyrics

HOT LYRICS

Loading...