
dəyirman - bakı-bakı lyrics
[bənd 1]
addım+addım böyüdüm, qalxdım
bakının çörəyindən, duzundan daddım
boy atdım, kök atdım, tanındım
yaxşını+pisini tanıdım, dost tapdım
gəzirəm küçələri fərəhlə
uşaqlığı xatırladır hər bir məhəllə
içərişəhər, bulvar, tarqovı
gecə klubu oldu keçmiş “пирожковый”
maraqlı tamaşadır bakının mərkəzi
hər küncdə dayanır tərəzi
şəhərin memarlığı çox gözəldir
bakının reklamlarını hər gözdən örtərdi
açıldı səhər, oyandı içərişəhər
yerli sakinlər və xaricilər
gör necə inkişaf edir mərkəz
irəli addımlayır, heç vaxt dönməz
[nəqərat]
bakı, bakı səslənir hər yerdə
bakı, bakı, sən gözəlsən əzəldən
bakı hər an gözləyir bizləri
gözəllər şəhəri, şəhərlər gözəli
bakı, bakı səslənir hər yerdə
bakı, bakı, sən gözəlsən əzəldən
bakı hər an gözləyir bizləri
gözəllər şəhəri, şəhərlər gözəli
[bənd 2]
bakı gecə xatırladır parisi
bizim xəzər bütün göllərin su pərisi
3 milyona yaxındır əhalisi
amma sanki tək mənəm şəhərin varisi
bütün ərazini ölçdük ayaqla
yol boyu izlədim böyük maraqla
necə tez dəyişirik biz
necə tez dəyişir bizim şəhərimiz
artıq başqa bir mənzərə açılır
gözümün qabağında insanlar yox
binalar ucalır, küçələrimiz daralır
yaxşı ki, məhəlləmiz necə var idi, qalır
çünki bir göydələn tikmək üçün
gərək, bir neçə dənə məhəllə sökdürək
külək yenə də əsir bizim şəhərdə
bakı qışqırsan, səslənər hər yerdə
[nəqərat]
bakı, bakı səslənir hər yerdə
bakı, bakı, sən gözəlsən əzəldən
bakı hər an gözləyir bizləri
gözəllər şəhəri, şəhərlər gözəli
bakı, bakı səslənir hər yerdə
bakı, bakı, sən gözəlsən əzəldən
bakı hər an gözləyir bizləri
gözəllər şəhəri, şəhərlər gözəli
Random Lyrics
- rylorie - erase me... lyrics
- kaydrillz - "countin’ days" lyrics
- riqo savv - “pressure built” lyrics
- nirgilis - metropolitan lyrics
- 2heaven - harvester lyrics
- erykah badu - danger (afreex remix) lyrics
- formerly len - battle of 2 egos lyrics
- fat0ke - 9:29 lyrics
- rambow (nor) - cool lyrics
- sadbois - emergence x shivering x heart could break lyrics