dəyirman - pəncərə lyrics
[giriş: l+mir]
xatirələr oyatdı pəncərə nəyə görə
hər şey başladı pəncərədən əvvəlcədən
adi kəlmədən, daha nədən
gəlməkdən, getməkdən
məhəllə, məktəbdən
bir yerdə, hə, gizlicə gəzməkdən
ilk sevgi, məhəbbət beləcə yarandı
bu tale, qismət gecədən qaradı
o bilmədi nədən başladı soyuqluq
gün gəldi, gorüşlər kəsildi, bir yolluq
qalsa da sevdiyi uşaqlıq illərində
yaşadı sevgisi ürəyində, dərində
bir gündə o qaldı yalqız
fikrində yalnız o qız, o qız
[nəqarət: rasim müzəffərli]
ay məni məndən alıb gedən
dərdləri dərdə salıb gedən
ləzzəti çörəyimdə , ağrısı kürəyimdə
həsrəti ürəyimdə qalıb gedən
ləzzəti çörəyimdə , ağrısı kürəyimdə
həsrəti ürəyimdə qalıb gedən
gecə çatdı səhərə
layla dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən
pəncərən, pəncərən, pəncərən
[hissə]: anar abdulla
var bu məhəbbətin davamı
pəncərənin o yanı qız olan yanı
yağışlar cizgilərdi dünyanı o qız
yenə pəncərədə göründü
kənardan adicə görüntü
əslində xəstəlik, üzüntü
həkimlər deyirdi şəfasız
oğlan düşünürdü vəfasız
pəncərədə görüşdü onun baxışları
pəncərədə öpüşdü onun baxışları
pəncərəyə düzdü naxışları
gözündən süzülən yağışları
çalışdı yarından olsun uzaq
səbəbi o qıza bəllidir ancaq
bu sevgi naminə ayrılsaq acma
pəncərəni açmaq uçmaq
bir daha gəldim o yerlərə
tanış küçə, tanış pəncərə…
bir ömür yaşayaydıq
bir günlük qovuşaydıq
bir anlıq qayıdaydıq o illərə…
gecə çatdı səhərə
layla dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən
pəncərən, pəncərən, pəncərən
[hissə: abd malik]
son nöqtəyə yaxınlaşmaq
olmamaq qorxusunu aşmaq
əziyyətlə rahatlaşmaq
zülmdən zülmətə bir anlıq uçuş
payızın xəzan nəfəsi
yolu qısaltmaq həvəsi
ömrün sonuncu qəfəsi
möhlətdən qismətə bir anlıq uçuş
nə acizlik, nə igidlik
həm ölülük, həm dirilik
bir bilirikmi, bilmirik
cəhlətdən cənnətə bir anlıq uçuş
cəhlətdən cənnətə
bəlkədən? əlbətə
birinci son dəfə
xəlvətdən xəlvətə
eyvandan həyətə bir anlıq uçuş
sürünməkdün qurtuluş
gecə çatdı səhərə
layla dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən
pəncərən, pəncərən, pəncərən
Random Lyrics
- nikita savage - 24 lyrics
- kid sole - не смей (do not dare) lyrics
- christina perri - fever lyrics
- 2gaudy - hot pocket lyrics
- devin millar - making me high lyrics
- dado topić - da li znaš da te volim lyrics
- lemonsoda - your boy lyrics
- larrenwong - say less lyrics
- xmawja - party lyrics
- you're - mudae lyrics