
elçin cəfərov - aysel lyrics
[bənd 1]
tələsmirdim yarımı seçməyə
əslində qorxurdum səhv etməyə
bilirdim, gərək yoxdur tələsməyə
gizli bir səs deyirdi ki: “var aysel”
bilirdim ki, gələcəksən, aysel
tələsmirdim mən yarımı seçməyə
əslində qorxurdum səhv etməyə
bilirdim, gərək yoxdur tələsməyə
gizli bir səs deyirdi ki: “var aysel”
bilirdim ki, gələcəksən, aysel
[keçid]
dünyaya bir dəfə gəlirsə insan
gərək, arzusunu tapsın həyatdan
mən də arzuladım elə həmin an
anladım, arzumun adıdır aysel
bilirdim ki, gələcəksən, aysel
[nəqərat]
aysel, aysel
bilirdim, gələcəksən, aysel
aysel, aysel
ömrümə xoş gəlmisən, aysel
[bənd 2]
xəyal kimi gəldin, gerçək oldun
ümid kimi qəlbimə dayaq oldun
arzu kimi gəldin, əsl yar oldun
məni tamamlayan sən oldun, aysel
bilirdim ki, gələcəksən aysel
illərin dostusan sən mənim üçün
qayğıkeş anasan övladlar üçün
ilham mənbəyisən qohum, dost üçün
bu gün də, sabah da deyirik aysel
biz səni sevirik, aysel
[keçid]
dünyaya bir dəfə gəlirsə insan
gərək, arzusunu tapsın həyatdan
mən də arzuladım elə həmin an
anladım, arzumun adıdır aysel
bilirdim ki, gələcəksən, aysel
[nəqərat]
aysel, aysel
bilirdim, gələcəksən, aysel
aysel, aysel
ömrümə xoş gəlmisən, aysel, aysel, ey
aysel, aysel
ömrümə xoş gəlmisən, aysel
Random Lyrics
- khel pangilinan - walang kapalit lyrics
- arc system works - iron man - marvel tokon fighting souls lyrics
- europe (karisma / invisible) - six, two, eight lyrics
- h16 - cool shit lyrics
- tish hinojosa - let me remember lyrics
- kiryu (visual kei) - memai (眩暈) lyrics
- phreshboyswag - she borin lyrics
- yungmon - bmw (skizze) lyrics
- lucha reyes "la morena de oro del perú" - dos almas lyrics
- s-x & big k.r.i.t. - divided lyrics