
elçin cəfərov - tələsmə lyrics
[bənd 1]
qalaq+qalaq xatirə var içimdə
toparlayıb aparmağa tələsmə
ayrılmağa nə var ki? bir göz qırpımı
son bağları qoparmağa tələsmə
ayrılmağa nə var ki? bir göz qırpımı
son bağları qoparmağa tələsmə
ilk baharım, sevməyi öyrətdiyim
göz yağımı yolunda əridiyim
illər öncə sənə təslim etdiyim
ürəyimi qaytarmağa tələsmə
illər öncə sənə təslim etdiyim
ürəyimi qaytarmağa tələsmə
[nəqərat]
tələsmə, tələsmə
ürəyimi qaytarmağa tələsmə
tələsmə, tələsmə
son bağları qoparmağa tələsmə
[bənd 2]
məndən gedib kimə mehman olarsan
qurban deyib özün qurban olarsan
səhv eləyərsən, sonra peşman olarsan
ürəyindən çıxarmağa tələsmə
səhv eləyərsən, sonra peşman olarsan
ürəyindən çıxarmağa tələsmə
gedirsənsə, halallaşaq, sonra get
son dəfə də qucaqlaşaq, sonra get
heç olmasa, uzaqlaşaq, sonra get
qucaqlaşıb vidalaşma, tələsmə
heç olmasa, uzaqlaşaq, sonra get
qucaqlaşıb vidalaşma, tələsmə
[nəqərat]
ay, tələsmə, tələsmə
qucaqlaşıb vidalaşma, tələsmə
tələsmə, tələsmə
ürəyindən çıxarmağa tələsmə
tələsmə, tələsmə
ürəyimi qaytarmağa tələsmə
tələsmə, tələsmə
ürəyindən çıxarmağa tələsmə
tələsmə, tələsmə
ürəyimi qaytarmağa tələsmə
tələsmə, tələsmə
ürəyindən çıxarmağa tələsmə
son bağları qoparmağa tələsmə
Random Lyrics
- udo jürgens - schau in die augen der kinder lyrics
- daniel celedon - al oir mi voz lyrics
- diefort - ненавижу тебя lyrics
- kupidon. - никого не будет рядом (no one will be around) lyrics
- jaime castellanos - caminos de pancho villa lyrics
- down6 - celebration lyrics
- flower in her head - about the crazy way [back home] lyrics
- lovelydiller - может ли так? ;) (can it be so?) lyrics
- stoke signals - leviathan lyrics
- mufasa069 - in der hood lyrics