eldəniz məmmədov - ata lyrics
[bənd 1]
xoş günümdə çağırıram, gəlmirsən
harayıma hay vermirsən, ay ata
özgələr sevinir, gülür, şənlənir
sevincimdən pay almırsan, ay ata
durur göz önündə qabarlı əlin
fəxr edib sevərdi səni öz elin
övlada nəsihət söylərdi dilin
susmusan, dinmirsən, ata, ay ata
[nəqərat]
alıbdır vüqarı dağ özü səndən
ətirli bağçalar, bağ özü səndən
dolan buluda dön, yağ göy üzündə
sərinlət ruhumu, ata, ay ata
dünyaya bəxş edib böyütdün bizi
səndən öyrənərdik hər yolu, izi
gündüzə döndərib hər gecəmizi
məşələ dönmüsən, ata, ay ata
[keçid]
ortaya qoymusan ayaz ömrünü
tən yarı bölmüsən ayaz ömrünü
çox çətin yaşadın o az ömrünü
rahatlıq tapmısan məzarda, ata
qəlbim sızıldayır, at, ay ata, ata, ay ata…
ata, ay ata…
[nəqərat]
dünyaya bəxş edib böyütdün bizi
səndən öyrənərdik hər yolu, izi
gündüzə döndərib hər gecəmizi
məşələ dönmüsən, ata, ay ata…
Random Lyrics
- 17psyche - mermaid lyrics
- kula diamond - redo no healer lyrics
- prima apollinaare - i want you lyrics
- absolem - chemin de croix lyrics
- antcasey - smooth brained lyrics
- xo purp - fields of bliss lyrics
- сэйн feat. wimmortal - старик и воля lyrics
- face of oblivion - futility lyrics
- sapa13 - звезда (star) lyrics
- pope cyrus vii - woman of my lyrics