
eldar mansurov & almaz ələsgərova - nə vaxta qalacaq lyrics
[bənd 1]
bir çətin sevdaya düçar olmuşam
kəsilib taqətim, naçar olmuşam
çoxalıb hicranlı, həsrətli çağım
suala dönübdür aranım, dağım
nə vaxta bəs qalsın kama çatmağım?
[nəqərat]
qızılı telləri sevəndən bəri
oldum uşaq sayaq, yalqız, sərsəri
səni yandırmadı mənim yanmağım
bəs necə alışsın sevgi çırağım?
nə vaxta bəs qalsın kama çatmağım?
[bənd 2]
mən dedim, yaşadar məhəbbət ilə
qaldırar göylərə səadət ilə
bəs hanı? pozulur şirin növrağım
haçandır, haçandır xoşbəxt olmağım?
nə vaxta bəs qalsın kama çatmağım?
[nəqərat]
qızılı telləri sevəndən bəri
oldum uşaq sayaq, yalqız, sərsəri
səni yandırmadı mənim yanmağım
bəs necə alışsın sevgi çırağım?
nə vaxta bəs qalsın kama çatmağım?
qızılı telləri sevəndən bəri
oldum uşaq sayaq, yalqız, sərsəri
səni yandırmadı mənim yanmağım
bəs necə alışsın sevgi çırağım?
nə vaxta bəs qalsın kama çatmağım?
Random Lyrics
- pouya - paid my dues lyrics
- levante - follemente (from the motion picture “follemente") lyrics
- selfmxdebless - idgaf lyrics
- armen paul - someone you forget lyrics
- marquis (ukr) - confess lyrics
- sonny rave - stacey dash lyrics
- jax maromba - a lei do karma lyrics
- drux - time stand still for too long lyrics
- gonewild - mac lipstick lyrics
- glaive - jubby set lyrics