
eldar mansurov & almaz ələsgərova - yarpaqlar tökülür lyrics
[bənd 1]
yarpaqlar tökülür ömürdən düşən
al+əlvan fəsillər, boz illər kimi
yarpaqlar tökülür, qara saçlarım
ağarır saralan xəzəllər kimi
[keçid]
yarpaqlar tökülür, çılpaq budaqlar
başını qaldırıb göyə dikəldi
göründü sinədən bozaran dağlar
mənim də eşqimin payızı gəldi
[nəqərat]
yarpaqlar tökülür, susub lal olur
dağlardan süzülən ayna bulaqlar
yarpaqlar tökülür, bir xəyal olur
o ötən əyyamlar, fərəhli çağlar
[bənd 2]
yarpaqlar tökülür, saralır bütün
örüşlər, cığırlar, yollar, yamaclar
yarpaqlar tökülür, susur günbəgün
dodağı nəğməli, səsli ağaclar
[keçid]
yarpaqlar tökülür, çılpaq budaqlar
başını qaldırıb göyə dikəldi
göründü sinədən bozaran dağlar
mənim də eşqimin payızı gəldi
[nəqərat]
yarpaqlar tökülür, susub lal olur
dağlardan süzülən ayna bulaqlar
yarpaqlar tökülür, bir xəyal olur
o ötən əyyamlar, fərəhli çağlar
yarpaqlar tökülür, susub lal olur
dağlardan süzülən ayna bulaqlar
yarpaqlar tökülür, bir xəyal olur
o ötən əyyamlar, fərəhli çağlar
Random Lyrics
- 2purp! - ange de la mort lyrics
- dabu (can) - 12 o’clock lyrics
- trevor the musical - monday/invisible lyrics
- greg gontier - lighthouse (lake version) lyrics
- traian & azzunto - caută-mă lyrics
- qader - salam ya sahbi | سلام يا صاحبي lyrics
- dylan thomas - aftertaste lyrics
- johnny crawford - how high the moon lyrics
- los reyes - que voy a hacer lyrics
- exzoust - dead i am lyrics