elnur məmmədov - özün günahkarsan lyrics
[bənd 1]
illər boyu həsrətini duymaz oldum
illər boyu kədərini bölmədim də
çox vaxt güldün ağlayaraq için+için
bircə sözlə göz yaşını silmədim də
soyuqluğum buz olanda yanağında
nəfəsimlə başqasını isitmişəm
mənsiz tənha yaşadıqca otağında
mən də səni bir otaqda itirmişəm
[nəqərat]
heç bilmirdim, həsrətimlə ürəyimə
həsrətimin əvəzinə daş asıram
heç bilmirdim, özüm sənə yad olduqca
səninçün də yavaş+yavaş yadlaşıram
soyuqluğum buz olanda yanağında
nəfəsimlə başqasını isitmişəm
mənsiz tənha yaşadıqca otağında
mən də səni bir otaqda itirmişəm
[bənd 2]
ah, heç bilmirdim, unudacam bu günümü
bir gün yenə bu ocağa dönəcəyəm
bəs bilmirdin, dodaqlarda alışanda
mənimçün ürəyimdə sönəcəksən?
nə deyim, nə? günahını qaytar mənə
ürəyimdə yanar bir od söndürmüsən
damla kimi yaşadıqca özgə qəlbdə
gözlərimdən damla+damla süzülmüsən
Random Lyrics
- i remember 2006 - landlord's dynasty lyrics
- juice wrld - narcotics (traduction française) lyrics
- william caesar - static lyrics
- dua lipa - whatcha doing (extended) lyrics
- xiiidolor - exanimis // 113 lyrics
- hamish donald - another life lyrics
- crabb family - if god is for me lyrics
- april boy regino - i started a joke lyrics
- toxe - som en sol lyrics
- jt music - one-lion pride lyrics